» » Fərhad Məmmədov - Qəribə Adlı Banket Zalı


Şeçilmişlər Fərhad Məmmədov - Qəribə Adlı Banket Zalı

Fərhad Məmmədov - Qəribə Adlı Banket Zalı PDF
ADI:
Qəribə Adlı Banket Zalı
REYTİNQ:
  • +6
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2018
ÖLÇÜSÜ:
325 Kb
Divanda yerini rahatladıb, televizorun pultunun qırmızı düyməsini basmışdı ki, m obil telefonunun klassik polifonik zəngi səsləndi. Tünd göy polverinin altından pırtlamış qarnını qaşıyıb, fikrə getdi. Sol ayağını silkələdən telefonu cibindən çıxarmamış, bu axşam saatda kimin zəng etdiyini tapmağa cəhd etdi. İşi sərbəst rejimli idi, dostları və köməkçiləri isə yaxşı bilirdi ki, Mehm ana axşam yeddidən sonra zəng vurmaq olm az. Yalnız hər hansı fors-m ajor və ya bədbəxt hadisə baş verdikdə, onlardan kim insə yaxın ailə üzvü rəhmətə getdikdə onu narahat etməyə cürət edərdilər. Halbuki son beş ildə təsbit etdiyi bu qaydanı kiminsə pozduğunu xatırlamırdı. Dedi yəqin üçrəqəmli “fırıldaq” və ya başqa adla desək reklam , nöm rə sıram a xarakterli zənglərdəndir. Ekranın displeyində yeniy etmə oğlu Ayazın onu qucaqlayan yerdə çəkilm iş şəkli peyda oldu. “Ay arvad, uşaq bəyəm harasa çıxıb?”, - deyə üzünü çevirmədən səsinə güc verdi. Oğlunu nə qədər çox istəsə də, ana tərəfə çəkmişdi, onun kimi qorxmaz və ürəkli deyildi. Məktəbdən birbaşa evə gəlir, bütün gününü otağında videooyun konsullarının və fərdi kompüterin arxasında keçirirdi. “Yox, musiqi dərsi dünən idi” Daha sual verməyə lüzum bilməyib, yaşıl qəbul düyməsini sıxdı. Ürəyinə tədricən nigarançılıq mərəzi sirayət edirdi. “Alo”,-deyə dilləndi. “Hardasan?” “Papa, tez məni gəl bulardan qurtar. Məni öldürmək istəyirlər. İndi birtəhər gizlənm işəm.Tələs gəl tap məni” İstər-istəməz ayağa qalxıb, həyəcandan qeyri-ixtiy arı olaraq telefonu sol qulağından sağ qulağın qoydu. “Ayaz nə gic-gic zarafatdı edirsən, hardasan deyirəm sənə?” – deyə zəhmlə çığırdı “Çox danışa bilm irəm ”- oğlu artıq pıçıltıy a geçmişdi – gəl qurtar məni” “Kim səni öldürmək istəyir, cavab verdə, hardasan bu dəqiqə de, çıxıram mən” “Mənim otağım da monitorin yanında...” – cümləsi yarımçıq qaldı. Taxta qapının paslı çəftəsinin cırıltı səsi eşidildi. Növbəti səslərdən aydın olurdu ki, Ayazı tapan şəxslə onun arasında m übarizə gedirdi. Sonra bir neçə saniyə sükut yarandı.