» » » Əlibala Hacızadə Əsərləri. III cild


Şeçilmişlər Əlibala Hacızadə Əsərləri. III cild

Əlibala Hacızadə Əsərləri. III cild PDF
ADI:
Əsərləri. III cild
REYTİNQ:
  • +11
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2004
ÖLÇÜSÜ:
3.25 MB
Yazıçı Əlibala Hacızadənin bütün əsərlərini əhatə edən X cildliyinin III cildinə müəllifin «İtkin gəlin» və «Əfsanəsiz illər» romanları daxil edilmişdir.
Günəş, zirvəsində yay-qış qar ağaran Ağ dağın arxasında yenicə gizlənir, şər yavaş-yavaş qarışırdı. Uzaqda, göylərə dirənmiş kimi görünən dağın nəhəng, tutqun kölgəsi hələ də aydın seçilirdi. O, ancaq bir azdan qaranlıqlar içərisində əriyib gündüzlər adamı valeh eləyən əzəmətini itirəcək, sabah dan yeri ağaranadək gözə görünməyəcəkdi.
Ağ dağ gündüzlər məğrur görkəmi ilə gözləri oxşayırdısa, gecələr, qaranlığın qucağında gizlənəndən sonra da soyuqluğu ilə öz varlığını hiss etdirirdi: axşam düşən təki şaxtasını, ayazını üzüaşağı — bir-birindən azca aralı yerləşən kəndlərin üzərinə səpələyir, mülayim bahar gecələrini, hətta isti yay axşamlarını belə soyudub buza döndərirdi. Yaz öz ilıq nəfəsilə yeri-yurdu isidəndən ta yayın axırı -nadək ağ dağın qarları əriyib selə-suya dönür, kəndlərin yaxınlığından burula-burula axıb gedən Daşlı çayı ilə qıjıltı, hay-haray sala-sala uzaqlara—susuz səhralara, bomboz çöllərə axıb getsə də, dağın başındakı qurd salmış qar qurtarmaq bilmir, bəyaz örpək altında yuxuya getmiş torpaq günəş üzünə, bahar nəfəsinə həsrət qalırdı.