KitabYurdu » Kitab » Ədəbiyyat » Əsatirlər, əfsanə və rəvayətlər


Şeçilmişlər Əsatirlər, əfsanə və rəvayətlər

Əsatirlər, əfsanə və rəvayətlər PDF
ADI:
Əsatirlər, əfsanə və rəvayətlər
REYTİNQ:
  • +30
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2005
ÖLÇÜSÜ:
705 KB
Xalqın milli-mənəvi mədəniyyətinin qaynağı və özülü olan mifoloji irsi onun keçmişi ilə yanaşı, bugününü də dərk etməyə, çağdaş ədəbiyyatını və incəsənətini daha geniş kontekstdə öyrənməyə, tarixi-mədəni perspektivi düzgün müəyyənləşdirməyə böyük yardım göstərir.
Azərbaycan əsatirləri, əfsanə və rəvayətlərinin təqdim olunan nəşri xalqımızın mifoloji görüşlər sisteminin aşkara çıxarılması baxımından əhəmiyyət daşıyır. Kitaba respublikanın dəyişik bölgələrindən toplanmış folklor mətnləri daxil edilmişdir. Mətnlər elmi təsnifata uyğun bölgülərlə təqdim olunmuşdur. Milli mifoloji sistemin özəllikləri, mövzu dairəsi nəzərə alınaraq bir sıra mətnlər ayrı-ayrı başlıqlar altında qruplaşdırılmışdır.
Kitaba daxil edilən mətnlərin toplanılmasmda Sədnik Paşayev, Maqbet Əhmədov, Arif Acaloğlu, Yusif Səfərov, Vəli Nəbioğlu, Muxtar Qaradaşlı, Əfzələddin Əsgər və b. iştirak etmişlər. Mətnlərin böyük qisminin Azərbaycanın bir çox yerlərində müşahidə olunması və hazırkı nəşrin kütləvi xarakter daşıması kimi mülahizələrdən çıxış edilərək söyləyənlər haqqında məlumat verilməmişdir.
Mətnlərdə şifahi sintaksis koloriti, dialekt və şivə xüsusiyyətləri mümkün qədər qorunub saxlanılmışdır.