KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Amin Maalouf - "Səmərqənd" əsəri ilə tanışlıq və qısa məzmunu


Şeçilmişlər Amin Maalouf - "Səmərqənd" əsəri ilə tanışlıq və qısa məzmunu

ADI:
Səmərqənd
REYTİNQ:
  • +19
MÜƏLLİF:
DİL:
FORMAT:
Səmərqənd” əsəri liviyalı yazıçı Amin Maaloufun oxucu auditoriyası tərəfindən tərəfindən ən çox bəyənilən əsərlərindən biridir. Müəllif, Ömər Xəyyamın yaşadığı dövrdən başlayaraq Titanik gəmisinin batdığı ildə sona çatan bir süjet yaratmışdır. Əlbəttə ki, bu cümlədən sonra özünüzə “Ömər Xəyyamla Titanikin nə əlaqəsi var axı?” sualını verəcəksiniz. Təəccüblənməyə ehtiyac yoxdur, çünki əsər özündə həqiqətləri yansıtmır, uydurmadır.
Yazıçı ilə oxucu arasında sanki “aldatmaca müqaviləsi” imzalanır. Eyniylə “Leon Arfikalı“ əsərində olduğu kimi “Səmərqənd” əsəri də 4 hissədən ibarətdir. İlk iki hissə Ömər Xəyyamın həyatı və o dövrün məşhur vəziri Xacə Nizamülmülk və Həsən Sabbahla olan münasibəti, keçdiyi keşməkeşli yollar, Səmərqənd şəhərində baş verən siyasi hadisələrdən bəhs olunur. Sonrakı iki hissədə isə Ömər Xəyyamın şərəfinə adı Benjamin Omar adlı birinin, Xəyyamın “Səmərqənd Yazıları” (Rübaiyyat) kitabını axtararkən İranda üzləşdiyi siyasi hadisələr və eşq macərasında danışılır. Daha çox tarix və siyasət yönümlü bir əsərdir. Xüsusən də İranın XX əsrin əvvəllərindəki şah rejimi zamanında baş verən üsyanlar, Amerika, Rusiya və İngiltərə kimi ölkələrlə olan siyasi münasibətləri, o dövrün gərginliyini bədii dillə bizə göstərir. Benjamin Ömərin, hər üzləşdiyi hadisənin və şəxslərin necə meydana çıxdığı haqqında məlumatların olması, 3 və 4-cü hissələrdə zaman içərisində tez-tez səyahətlərə səbəb verir. Kitab haqqında məlumat vermişkən onu da qeyd edək ki, tarixi əsərlər sevənlər bu kitabı rahatlıqla oxuya bilər. Lakin özünüzü bəzi hissələrdə bədii roman deyil, tarix kitabı oxumuş kimi hiss edəcəksiniz.
İlk iki hissədə baş verən hadisələr qarşısında Ömər Xəyyamın davranışları, onu daha yaxından tanımağımıza və onun necə xarakterli biri olmasını başa düşməyimizə yardımçı olur. Əsla sahiblənmək istəyi olmayan, dostluğa və eşqə əhəmiyyət verən, sadəcə olaraq yaşananlara dəyər verən bir Xəyyamla qarşılaşırıq. Şərab dolu qədəhini əlindən salmasa da, öz dövrünün ən görkəmli astronomu, riyaziyyatçısı, şairi və filosofudur. Dünyanı bir yuxu olaraq qəbul etdiyini və bu yuxunu arzuladığı kimi idarə etdiyini görürük. Yuxusunda fiziki yox, sadəcə ruhunun arzuladığı nemətləri əldə etməyi arzulayır. Rübailəri dillər əzbəridir və Səmərqənd şəhərində Xacə Nizamülmülkün xahişi ilə yaradıcılığını dəftərə köçürərək “Səmərqənd Yazıları” (Rübaiyyat) əsərini ərsəyə gətirir.  Tarixdə ad qoyub getmiş bu dahi şəxslə bir yerdə, müəllif bizə, digər tarixi şəxsləri, Vəzir Nizamülmülk və Xaşxaşilərin lideri Həsən Sabbahı da yaxından tanımaq şansı yaradır. Bu şəxslər əsasən siyasi hadisələrin içərisində yer aldığından onlar haqqında nəsə analiz etməyimiz heç yerinə düşməz. Lakin hər ikisinin də mərd və Ömərin dostluğuna sadiq olmalarını təqdirə layiq hesab etmək olar. Kitabın bir səifəsində Səmərqənd şəhərindəsiniz, digər səhifəsində isə Mərvdə. Ələmutun əzəmətli görünüşü gözünüzdə aydın bir şəkildə canlanır. Arzulasanız Təbrizə də səyahət edə bilərsiniz. Bütün bunlarla yanaşı Amin Maalouf, əsərdə eşqə də yer verməyi unutmur və bizə Ömər Xəyyamın həyat yoldaşı Cahan xanımı da yaxından tanımaq şansı yaradır. Əlbəttə, əsərin bu hissəsi konkret axtarış əsaslı deyil. Şərqdə yaşayanların Ömər Xəyyam haqqında bildikləri vasitəsilə əsəri bu dərəcədə poetik bir dil ilə yalnız Maalouf kimi bir yazar qələmə ala bilərdi. Əsəri oxuyarkən qarşılaşdığınız hər məlumatı axtarıb analiz etmək, hər bir oxucunun daxili məsuliyyətidir.
Xüsusi ilə Ömər Xəyyamın dinə qarşı olan münasibəti tarixdə dillər əzbəridir. Belə ki, onun dinsiz olduğu hesab olunur.
Hülakü xanın Ələmut qalasını və kitabxanasını məhv etməsi ilə bir yerdə “Rübaiyyat ” əsərinin də məhv edilməsi qəbul olunmuşdur. Əsərin 3 və 4-cü hissələri də məhz bu kitabın ortaya çıxmasının və yenidən məhv olmasının hekayəsidir. Belə ki, Benjamin Ömərin bir təsadüf nəticəsində kitabın varlığından və ona sahib olan kəslərdən xəbərdar olması onu İrana səyahət etməyə məcbur edir. Lakin Benjaminin bu və sonrakı İran səfərində də siyasi hadisələr hər zaman pik nöqtədə olduğundan o, İranda başqa rollar da qəbullanmağa məcbur olur. Yazıçının 3-4-cü hissələrindəki siyasi hadisələrin çox detallarına enməsi sizi ilk başda həddən artıq sıxa bilər, amma əsərin sonlarına yaxın yenə də hər şey öz axarına düşür. Bu iki hissə haqqında daha çox danışmaq, analiz etmək yerində deyil çünki bu vəzifəni oxucunun öhdəliyinə buraxmaq fikrindəyəm.
Səmərqənd əsərinin müəllifin fantaziyasının məhsulu olmasına baxmayaraq ümumən Amin Maaloufun yaradıcılığı, ədəbi zənginliyi öyrənilməyə və oxunmağa dəyər. Mövzu ilə bağlı olaraq Ələmut qalası haqqında bir çox kitablar mövcuddur. Ən məhşurlarından biri də  Peter Willey “Ələmut Qalası” əsəridir. Ömər Xəyyamın həyatı ilə bağlı 1991-ci il nəşr olunan, “Görkəmli Adamların Həyatı” seriyasından olan Kamil və Şamil Sultanovun yazdığı Ömər Xəyyamın həyatına aid olan kitabdır.
Məzmunumuzu Ömər Xəyyamın dilindən bir sitatla sonlandıraq:
“Hər şeyi oxumaq heç vaxt mümkün deyil. Hər gün öyrəniləcək neçə yeni şeylər var.”

Amin Maalouf - Səmərqənd əsrinin Türk dilində EPUB formatında elektron versiyasını oxumaq istəyənlər aşağıdakı e-keçiddən yükləyə bilər.

https://www.kitabyurdu.org/kitab/dunya-edebiyyati/1737-amin-maalouf-semerkant.html