KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Con Tolkin – “Silmarillion” əsəri ilə tanışlıq və qısa məzmunu


Şeçilmişlər Con Tolkin – “Silmarillion” əsəri ilə tanışlıq və qısa məzmunu

ADI:
Silmarillion
REYTİNQ:
  • +18
MÜƏLLİF:
DİL:
FORMAT:

"Hobbit və ya oraya və geriyə" povestinin, ”Üzüklərin hökmdarı” trilogiyası kimi əsərlərin müəllifi olan ingilis yazıçısı, linqvisti və filoloqu, Con Ronald Ruel Tolkinin (Ing. John Ronald Reuel Tolkien) yaradıclığınıa uğur gətirən bir digər əsəri də "Silmarillion" romanı hesab olunur.

Tolkinin vəfat etməsindən sonra, onun oğlu Kristofer atasının qeydləri və əlyazmaları əsasında bir neçə əsər, eyni zamanda da "Silmarillion" əsərini nəşr etdirdi. Bu kitab, "Hobbit və ya oraya geriyə" və "Üzüklərin hökmdar” əsərləri ilə ilə birlikdə Arda adlı xəyali dünya və onun bir hissəsi olan Orta dünya haqqında nağıllar, şeirlər, hekayələr, süni dillər və ədəbi esselərin toplusunu təşkil edir. 1951-1955-ci illərdə Tolkin bu toplunun böyük hissəsini adlandırmaq üçün xüsusi olaraq "legendarium" (İng. Legendarium) ifadəsindən istifadə etmişdi.

Yaradıcılığına başlamasına təkan verən amil isə, kiçik uşaqlarına tez-tez özündən uydurduğu nağılları danışması olmuşdur. Belə ki, ilk kitabı olan "Hobbit və ya oraya geriyə" əsəri 1937-ci ildə nəşr etdirir. Bir çox digər məşhur nağıl əsərlər kimi, "Hobbit"i də Con Tolkin uşaqları kiçik olanda onlar üçün uydururdu. Yeni nağılı onların o qədər xoşuna gəlmişdi ki, o hətta öz uşaqları ilə bir yerdə öz uydurduqları dünyanın şəkillərini, xəritəsini də çəkirdi. Lakin, hekayə yarımçıq qaldı, və Tolkien sadəcə əlyazmasının bir nüsxəsini çap maşınında çap çap edə bilmişdi. Həmin nüsxəni də o, hərdən dostlarına oxuması üçün verirdi. Tolkienin tələbələrindən biri bir gün Allen & Unwin nəşriyyat evinin redaktoru olan Süzanna Daqnellə danışarkən, kitabın möhtəşəmliyindən ona söz açır. Süzen öz növbəsində kitabı oxuyur və müəllifə məktubla müraciət edərək bildirir ki, o, əsərin süjet xəttini tamamlayaraq yekunlaşdırsın. Lakin, nəşriyyat evinin direktoru Stenli Anuin, əsərin uğur qazanacağına o qədər də əmin deyildi. Odur ki, kitabı oxuması üçün on yaşlı oğluna verir, kitabı oxuyub qurtardıqdan sonra isə oğlunun fikirlərini öyrənir. Oğlu isə, yaşıdlarının bu kitabı mütləq bəyənəcəyini deyir.

Tolkinin ən vacib əsəri olaraq qəbul edilən Silmarillion, onun yaratdığı dünyanın elə özüdür. Bu əsərin kökləri Hobbitin nəşr edilməsindən də daha əvvələ gedib çıxır. Həyatı boyunca üzərində işləməyi tərk edə bilmədiyi və getdikcə böyüyüb formalaşan Silmarillion əsərinin işıq üzü görməsi yalnız Tolkinin dünyasını dəyişməsindən sonra oğlu tərəfindən reallaşdırıldı.

Elflərin ən bacarıqlısı olan Feanorun yaratdığı üç Silmarilin oğurlanması ilə birlikdə qədim dünyanın ən kədərli hadisələri baş verməyə başlayır. Silmarillion, elflərin tanrılara üsyan edərək Orta Dünyaya sürgün edilmələrini, orada insanlar və Cücələrlə birləşərək tanrıların ən pisi olan, Morgotha qarşı verdiyi ümidsiz döyüşü özündə əks etdirir.

Daha əvvəl “Güc Üzükləri Üzərinə” adı ilə nəşr olunan əsərdə olan, ancaq Silmarillion kitabında olması lazım olan hissə, yalnız növbəti nəşrlərdə bu əsərə əlavə oluna bilindi.

Qeyd etmək lazımdır ki, Con Tolkin dünyasını dəyişərkən hələ də Silmarillion əsərini tamamlayıb bitirə bilməmişdi. Yalnız onun vəfatından sonra oğlu Kristofer Tolkin, atasının qeydlərindən istifadə edərək əsəri öz xəyal gücünə uyğun bir şəkildə tamamlamışdır.


Silmarillion romanını müəllifin digər romanlarından fərqləndirən əsas cəhət isə “Hobbit” və “Üzüklərin Hökmdarı” seriyalarında yaşanan hadisələrdən daha əvvələ gedərək, Orta Dünyanın yaradılışının təsvir edilməsidir.
Elflər tərəfindən yaradılan üç Silmarilin yaşadıqları və elflərin tanrılar ilə olan müharibəsindən sonra Orta Dünyaya sürgün edilməsi, burada insanlar və Cücələr ilə tanrı Morgotha qarşı apardıqları mübarizənin sonluğu, bəlkə də bu əsərə bütün ömrünü həsr edən Tolkinin tamamlamaq istədiyi bir şəkildə tamamlanmasa belə, oxucuların rəfində öz yerini tutmağa layiq bir kitabdır.


Əsərin Türk dilində EPUB formatında elektron versiyasını oxumaq istəyənlər aşağıdakı e-keçiddən yükləyə bilərlər.

http://www.kitabyurdu.org/kitab/dunya-edebiyyati/1634-jrr-tolkien-silmarillion.html
Qonaq Tunar
Azerbaycanda Tolkienin eserleri çox təəssüf kiç, tanınmır.Məncə çox gözəl addımdır.
  • 27 may 2021 11:33
  • Status: