KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Yohan Volfqanq Höte-Faust əsəri ilə tanışlıq və məzmunu


Şeçilmişlər Yohan Volfqanq Höte-Faust əsəri ilə tanışlıq və məzmunu

ADI:
Faust
REYTİNQ:
  • +16
DİL:
FORMAT:

“Faust” əsəri alman mütəfəkkir Hötenin həyatını, düşüncəsini və bütün şəxsiyyətini ortaya qoyaraq meydana gətirdiyi əsərdir. Müəllif əsəri ölümündən bir il əvvəl tamamlayıb bitirmişdir. ”Faust” xoşbəxtlik deməkdir. Əsərdə xoşbəxtliyi tapmaq üçün çalışan Faustun başına gələnləri və yaşadıqlarından söhbət açılır. Şeytanla ortaqlıq edən Faust, axtardığı ehtiras və sevgini tapmaq üçün müxtəlif yollara əl atır. Höte bu əsərdə bəşəri insan xarakterini və davranışını olduqca geniş bir şəkildə təsvir etmişdir. Əsər, xoşbəxtliyi axtarmaq üçün insanın nələr edə biləcəyini təsəvvürümüzə gətirməyimizdə  bizə köməkçi olacaq.

Faust: Əsərimizin qəhrəmanı Faust, elmin və fəlsəfənin sirlərinə yiyələnmiş bir obrazdır. Öyrənəcək yeni heçnə qalmamışdır. Yeni bir məlumat əldə etmək üçün çalışar, tapanda da onu bütün xırdalıqlarına qədər öyrənərdi. Artıq bütün günü darıxar və nə edəcəyini düşünməkdən özünü çəkindirə bilmirdi. Həyatda heç bir şey onu xoşbəxt etmir. Həyatdan heç bir zövq ala bilməyən obraza heç bir dünya ləzzəti məntiqli görünməzdi. Aşiq olmaq, zövq almaq, dəlicəsinə xoşbəxt olmaq arzusundadır. Son ümid olaraq falçılığa baş vurur. Ruh çağıraraq axtardığı hər şeyi onda tapacaqdır.
Bu arada şeytan Mefisto və Tanrı Faustun vəziyyəti haqqında danışmağa başlayar. Mefisto, Faustun istəyinin həyatdan zövq almaq, bütün diyarları gəzmək olduğunu və onu öz yolundan çıxaracağını deyər. Tanrı isə Mefisto nə edərsə etsin Faustun yaxşı ruhunun buna imkan verməyəcəyini, öz yolundan dönsə belə bir gün doğru yolu tapacağına əmindir. Mefisto Tanrıya meydan oxuyaraq onunla bəhsə girir. Tanrı da ona Faustun üzərində təcrübə aparması üçün icazə verir.


Bir gün Faust yenə özündə olmadığında, yanındaki bir itin insan kimi davranmasına şahid olur. Mefisto itin içinə girərək onu idarə edir. Faust bunun fərqinə vararaq itin içindəki hansı ruhdursa çölə çıxmasını istər. Faust Mefistonu görəndə diksinərək nə istədiyini soruşur. Mefisto onu darıxdığı həyatdan qurtaracağını və ona həyatının ən böyük sevgisini verəcəyini deyir. Diyar-diyar gəzərək ən yaxşı içkilərdən içəcəyini, xoşbəxt günləri olacağını söyləyir. Faustun axtardığı da tam olaraq budur. Mefisto bunun qarşılığında Faustun ruhunu ona təslim etməsini istəyir. Faust eyforiyaya qapılaraq bu təklifi düşünmədən qəbul edir. Bundan sonra Faust və Mefistonun macəraları başlayır.


Margaretha iyirmi beş yaşında saf bir qızdır. Şeytan Mefisto Margaretha və Faustun bir-birlərinə aşiq olmasına nail olur. Yuxu kimi çox xoşbəxt münasibət yaşamağa başlayırlar. Bu arada diyar-diyar gəzərək müxtəlif cür yeməklərin və içkilərin dadına baxırlar. Ancaq Margaretha axmaq planlar quraraq Faust kimi qəribə hərəkətlər etməyə başlayar. Rahat qalmaları üçün anasını zəhərləyərək öldürür. Sonra isə atası Faust olan övladını boğaraq öldürür. Bu üzdən Faust ilə Margarethanın qardaşının mübahisələri düşür. Faust onun qardaşını öldürdükdən sonra Margaretha həbsə düşür. Bundan sonra Faust oradan qaçır.

Mefisto və Faustgetdikləri yerdə Helena adlı bir gözəllə qarşılaşırlar. Amma Faust axtardığı xoşbəxtliyi onda da tapa bilmir. Son olaraq fərqli işlərlə məşğul olmağa başlayan Faust, bir bataqlığı qurudaraq sahəyə çevirməyi bacarır. Və axtardığı xoşbəxtliyi tam da bu zamanlarda tapır. Bu arada Mefisto isə Faustun xoşbəxtliyə çatan ruhunu ondan almaq məqsədi ilə onu məzar kimi qazılmış bir quyuya atır. Faust son nəfəsini versə də, Mefistonun onun ruhuna sahib olmaq arzusu baş tutmur. Əsərin epiloqunda isə Margaretha qalxaraq göy üzünə yüksəlir.


Əsərin Türk dilində EPUB formatında elektron versiyasını oxumaq istəyənlər aşağıdakı e-keçiddən yükləyə bilər

http://www.kitabyurdu.org/kitab/dunya-edebiyyati/1632-johann-wolfgang-goethe-faust.html
Qəzənfər Musabəyov
Bunu azərbaycanca nə cür və hardan tapa bilərəm ? Bütün internet üzərindəki adreslərə müraciət etmişəm , türkçədir hamısı , azərbaycanca tapmağa kömək edə biləriz ?
  • 13 sentyabr 2019 22:38
  • Status:
Qonaq gunel kisiyeva
Məlumatda bəzi yanlisliqlar var. Zəhəri Fausta Mefisto verir və bunun yuxu dərmanı olduğunu deyir. Margeretha ile Faustun görüşünde Faust ona bu yuxu dermanını verirki anasına içizdirib rahat görüşə bilsinlər. Heç bir obraz onun zəhər olduğunu bilmir. Əsərdə də Margeritha saf qız kimi verilir.

  • 16 noyabr 2019 19:17
  • Status: