KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Harper Lee - Bülbülü Öldürmək əsəri ilə tanışlıq və məzmunu


Şeçilmişlər Harper Lee - Bülbülü Öldürmək əsəri ilə tanışlıq və məzmunu

ADI:
Bülbülü Öldürmək
REYTİNQ:
  • +32
MÜƏLLİF:
DİL:
FORMAT:

1960-ci ildə nəşr edildiyi gündən bu günə kimi ədəbiyyat sevərlərin könlündə xüsusi bir yer tutan, Pulitzer mükafatlı “Bülbülü Öldürmək” əsəri, Amerikanın cənubunda yaşanan irqçiliyi və bərabərsizliyi, bir uşaq obrazı olan Scout Finchin gözü ilə nağıl edir.

Harper Lee, bu əsərdə istifadə etdiyi çılpaq, amma nəzərə çarpan dil qabiliyyəti ilə ədalət, bərabər hüquqluluq və ayrıseçicilik kimi hələ də gündəmdə olan mövzuları, Scoutun həyat hekayəsi ilə bir yerdə danışaraq, yaxşılıq və pisliyi həm tək həm də kütləvi şəkildə təsvir edir. Bir “zənci”-nin haqsız yerə cəzalanmasından sonra başqa cür irəliləyən hadisələr, qərəz, riyakarlıq, sinfi və irqi mübahisələri ilə bəslənən kiçik Amerikan qəsəbəsinin sərhədlərini aşaraq, insanlar arası münasibətlərdə ədalətin və dürüstlüyün vacibliyini başa salan dünyəvi bir hekayəyə çevrilir. Təsiredici həqiqətləri ilə tükləri ürpədən, ”insani” vurğusuyla öz təsiri altına alan, çağdaş dünya ədəbiyyatının ən önəmli nümunələrindən olan bu klassik romanın məzmunu ilə daha yaxından tanış olmağa çalışaq.

“İstədiyin qədər sağsağanı vur, vura bilirsənsə. Amma unutma, bülbülü öldürmək günahdır.”


Bülbülü Öldürmək : Jemin on üç yaşında olarkən qolu qırılmışdır. Qolunun niyə qırılması ilə bağlı fərqli səbəblər göstərirlər. Ataları Atticus ikisnin də haqlı olduğunu söyləyir. Evdə Jem, Scout, ataları Atticusvə aşçıları Calpurnia ilə birlikdə Maycomb adlı kiçik bir qəsəbədə yaşamaqdadırlar. Anaları onlar balaca olarkən dünyasını dəyişmişdir.


Yayda məhəllə qonşularının qohumu Dill onlara gələr və onunla oynayarlar. Bütün yayı qonşuları Boo Radleyi çölə çıxartmaq üçün mübarizə aparırlar. Ataları Atticus vəkildir və adətən işləri başından aşır. Həmin il Scout məktəbə getməyə başlayır. Müəllimi, onun oxumağı bildiyini görəndə qəzəblənərək ona oxumağı qadağan edir. Scout məktəbə getmək istəmir. Atası axşamlar onunla məşğul olmağa söz verdikdə, yenidən məktəbə getməyə razı olur. Amma məktəbdə çox sıxılan Scout, sinifdəki uşaqların zarafatlarının hədəfinə çevrilir.

Məktəbə gedən zaman uşaqlar, qarşısından keçdikləri ağaca hədiyyələr və şirniyyat  qoyurlar. Ancaq Nathan Radley ağacdaki o oyuğu sementlə qapadır. Dill həmin yayı yenə qonaq gəlsə də Scoutla çox oynamır. O da ikindi vaxtları xanım Maude oturaraq söhbətlər edir.

Həmin qış xanım Radley dünyasını dəyişir. Xanım Maudenin evi yanmağa başlayır. Uşaqlar və qonşular xanım Maudenin köməyinə  gəlirlər. O aralar Atticusun zənci birinin işinə vəkillik etməsi istənilir. Bu vəziyyətə Maycomblular sərt reaksiya göstərirlər. Məktəbdəki uşaqlarda Scout və Jemlə zarafat etməyə başlayırlar. Ataları fikir verməmələrini və dik durmalı olduqlarını bildirir.

Qonşuları, xanım Dubosedən ikisi də çox qorxsalar da, xanım Dubose atalarının bu işə baxmasından söz edəndə Jem Dubosenin bağçasındaki gülləri yolmağa başlayır. Atası Jemdən xanım Dubosedən üzür istəməsini tələb edir. Xanım Dubose Jemin hər gün gəlib ona kitab oxumasını istəyir. Jem, Scoutla bərabər hər gün gedib xanım Duboseyə kitab oxuyur. Amma qısa bir müddət sonra xanım Dubose vəfat edir. Ataları onlara xanım Dubosenin çox yaşlı və xəstə olduğunu illərdir, ağrıların azaltması üçün morfindən istifadə etdiyini deyir.

Bir gün Calpurnia uşaqları özü ilə birlikdə kilsəyə aparır. Uşaqlar orada digər zəncilərlə tanış olaraq, onların yaxşı insan olduqlarını başa düşürlər. Atalarının vəkillik etdiyi Tom Robinson, xanım Ewellin qızına zorakılıq göstərdiyi üçün ittiham olunur. Əslində qız Tomu şərləsə də, Tomun zənci olması səbəi ilə kimsə ona inanmır.

Həmin zamanlar uşaqlara göz-qulaq olmaq üçün Alexandra xala qonaq gəlir. Alexandra xala Scoutun bir oğlan kimi davranmasını istəməyərək, artıq bir xanım kimi davranmalı olduğunu deyir və ona don geyindirməyə çalışır.

Məhkəmə günü gələndə bütün Maycomb sanki film izləməyə gedər kimi məhkəməni izləməyə gedirlər. Gizlincə Scout, Jem və Dill də məhkəməni izləməyə gedirlər. Şahidlərin izahatı alındıqdan sonra bütün münsiflər heyəti - dəlillər əksini göstərsə belə Tomu günahkar hesab edirlər. O zamanlar bir zənci günahkar bilinərsə cəzası edam olardı. Tom məhkəmə tərəfindən edam olunur. Uşaqlar buna çox kədərlənirlər.
 

Əsərin Türk dilində EPUB formatında elektron versiyasını oxumaq istəyənlər aşağıdakı e-keçiddən yükləyə bilər

http://www.kitabyurdu.org/kitab/dunya-edebiyyati/793-harper-lee-bulbulu-oldurmek.html