KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Ceyn Ostin Qürur və Qərəz


Şeçilmişlər Ceyn Ostin Qürur və Qərəz

Ceyn Ostin Qürur və Qərəz PDF
ADI:
Qürur və Qərəz
REYTİNQ:
  • +186
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
-
ÖLÇÜSÜ:
3.17 MB

Hamı bilir ki, maddi imkanı olan gənc özünə arvad axtarmalıdır.

Beləsinin niyyəti və baxışları nə qədər az məlum olsa da, yeni bir məkanda yerləşməsindən sonra bu həqiqət ətrafda yaşayan ailələrin beynini o dərəcədə möhkəm məşğul edir ki, dərhal ona bu və ya başqa qonşu qızının halal şikan kimi baxmağa başlayırlar.

— Əziz mister Bennet, — bir dəfə missis Bennet ərinə dedi, — eşitmisinizmi, Nezerfild parkı, nəhayət, daha boş qalmayacaq?

Mister Bennet cavab verdi ki, o bunu eşitməyib.

—  Bununla belə, bu elədir, — o davam etdi. — İndicə missis Lonq gəlmişdi, bu xəbəri mənə o verdi!

Mister Bennet susdu.

— Bəs bilmək istərdinizmi ki, bizim yeni qonşumuz kim olacaq? — arvadı səbirsizliklə soruşdu.

— Bu barədə danışmaq istəyirsinizsə, sizi dinləməyə hazıram.

Ondan bundan artıq şey tələb olunmurdu.

— Hə, qulaq asm, mənim əzizim, — missis Bennet davam etdi, — missis Lonqun dediyinə görə, Nezerfildi Şimali İngiltərədən gəlmiş çox varlı bir gənc kirayələyib. Bazar ertəsi günü o, dörd at qoşulmuş kareta ilə bura gəlib. Əraziyə baxıb və elə riqqətə gəlib ki, dərhal mister Morrislə hər şey barədə danışıb və razılaşıb. O, Mixaylov gününədək köçəcək və artıq gələn həftənin axırında onun xidmətçilərindən bəziləri bura gələcək.

—       Bəs onun adı nədir?

—       Binqli.

—       O ailəlidi, yoxsa subaydı?

— Subaydır, əzizim, iş ondadır ki, subaydır! İldə dörd və ya beş min gəliri olan gənc subay! Bizim qızlarımız üçün uğurlu təsadüfdür, düzdürmü?

—       Necə yəni? Məgər bunun ona bir dəxli var?

— Əziz mister Bennet, — arvadı cavab verdi, — bu gün siz, sadəcə olaraq, dözülməzsiniz. Əlbəttə, siz başa düşürsünüz ki, mən onun qızlardan biri ilə evliliyini nəzərdə tuturam.

—       Hm, onun planları belədir?

İnformasiyaMüəllif hüquqları ilə əlaqədar olaraq materialın yükləmə e-keçidi saytdan silinmişdir.

EmilMeherremli
​Elafi qaqas oxuyun​​​​


Sitat: EmilMeherremli
Eladi qaqas oxuyun
  • 22 fevral 2017 10:53
  • Status: İstidafəçi xətdə deyil
Emin F
Emin F
  • 4
Kitabda hedden artıq yazı sehvleri var :(
  • 28 fevral 2017 08:20
  • Status:
Asiman Rafizi Kurbanov
Bunu necə yükləyim?
  • 4 sentyabr 2019 06:40
  • Status: İstidafəçi xətdə deyil