» » » Con Milton Seçilmiş əsərləri


Şeçilmişlər Con Milton Seçilmiş əsərləri

Con Milton Seçilmiş əsərləri PDF
ADI:
Seçilmiş əsərləri
REYTİNQ:
  • +4
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2013
ÖLÇÜSÜ:
2.44 MB
Con Milton Seçilmiş əsərləri kitabına daxil edilmiş ərəsləri POEMALAR: İtirilmiş cənnət, Qaytarılmış cənnət
Con Milton dünya ədəbiyyatının elə nadir nümayəndələrin- dəndir ki, əsərlərinin sirri, sehri zaman-zaman öyrənilsə də, sanki, hər dəfə yenidən kəşf olunur. Bu üzdən onun yaradıcılığına olan maraq üç əsrdən artıqdır ki, tükənmək bilmir. Xüsusilə də yaradıcılığının şah əsəri sayılan “İtirilmiş cənnət” poemasına zamanın hansı dönəmində olursa olsun nəzər saldıqda, bu əsərin dünyada gedən ictimai-siyasi proseslərin özəyində nə durduğunu dərk etmək baxımından sanballı bir tutalğa olduğu görünür.
Con Milton kim idi? 0,1608-ci ildə Londonda doğulub, 1674- cü ildə, elə orada dünyasını dəyişən böyük ingilis şairi, siyasi xadimi, mütəfəkkiri idi. Con Milton əvvəlcə evdə, sonra müqəddəs Pavel məktəbində, daha sonra isə məşhur Kembric universitetində mükəmməl təhsil almışdı. Kamilləşmək yolunu davam etdirən gənc, atasının London yaxınlığındakı Hortonda yerləşən malikanəsində özünə qapılaraq özünüdərkə və özünütədqiqə geniş vaxt ayırmışdı. O, bu yolla qarşısına qoyduğu dünyəvi, fəlsəfi, dini suallara cavab tapmağa çalışırdı. Onun ömrünün bu dönəmi son dərəcə maraqlı məqamlarla zəngindir. Görünür, təkcə daxili dünyasına qapılmaqla kifayətlənməyin yanlış olduğunu dərk eləyən gənc Milton səyahətə çıxmağı vacib sayır, 1637-38-ci illərdə Fransaya və İtaliyaya səfər edir. Bu ölkələrə səyahət etməsi formalaşmaqda olan yaradıcı insan kimi ona xeyli mənəvi material verir. Onun bioqrafiyasım öyrəndikdə belə bir qənaətə gəlmək olur ki, Con Milton bu səyahətə, sadəcə, gəzmək, görmək məqsədilə deyil, həm də o dövrün tanınmış simaları ilə tanış olmaq, görüşlər keçirmək ama- cıyla çıxmışdı. Onun bu səyahət zamanı dahi Qaliley və o dövrün digər məşhur şəxsiyyətləri ilə də görüşdüyü məlumdur.