KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Tomas Vulf - Seçilmiş əsərləri


Şeçilmişlər Tomas Vulf - Seçilmiş əsərləri

Tomas Vulf - Seçilmiş əsərləri PDF
ADI:
Seçilmiş əsərləri
REYTİNQ:
  • -1
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2013
ÖLÇÜSÜ:
1.14 MB

XX yüzil Amerika, bütövlükdə isə dünya ədəbiyyatını Tomas Vulfsuz təsəvvür etmək çətindir. Cəmi otuz səkkiz il ömür sürmüş Tomas Vulf parlaq yaradıcılığı ilə bədii sözün imkanları haqqında təsəvvürləri daha da genişləndirmiş, nəsrin gələcəyi barədə qızğın mübahisələrə səbəb olmuşdur.

İlk qələm təcrübələrini dramaturgiya sahəsində sınamış Tomas Vulf daha çox nəsr əsərləri ilə şöhrət qazanmışdır. Vulfun hekayələri, povestləri, romanları Amerikanı, az sonra isə Avropanı fəth etmişdir.

Yazıçının ədəbi aləmi geniş, bitib-tükənməyən, daim qarşılıqlı təmasda olan və bu təmasdan daha da zənginləşən dünyalardan ibarətdir. Bütövlükdə Tomas Vulfun yaradıcılığının miqyasını təsəvvü eləmək üçün onun hekayələrini - novellalarını və miniatürlərini oxumaq kifayətdir.

Dünya ədəbiyyatı seriyasından olan bu kitabda Tomas Vulfun "Baskom Hokun portreti", "Dünyanın hörümçək toru", "Ölüm" povestləri, "Azğın oğulun qayıtması", "Çikamoqa", "Şir səhərçağı" və digər hekayələri toplanmışdır.