» » » Ali riyaziyyat (I hissə)


Şeçilmişlər Ali riyaziyyat (I hissə)

Ali riyaziyyat (I hissə) PDF
ADI:
Ali riyaziyyat (I hissə)
REYTİNQ:
  • +3
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2012
ÖLÇÜSÜ:
3.92 Mb
Bakı Biznes Universitetinin tələbələri üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 08.04.2010-ci ildə təsdiq olunmuş “Ali riyaziyyat” proqramı əsasında yazılmış bu dərs vəsaiti I hissəsində Çoxluqlar, çoxluqlar üzərində əməllər, mütləq qiymət haqqında teoremlər, funksional asılılıqlar, funksiyanın limiti və kəsilməzliyi, törəmə, törəmənin tətbiqləri, qeyri –müəyyən və müəyyən inteqrallar, məxsusi inteqrallar, çoxdəyişənli funksiyaların diferensial və inteqral hesabı, diferensial tənliklər və ədədi sıralar və s. bu kimi məsələlər ətraflı şərh edilmişdir. Dərs vəsaitindən digər ali və orta məktəblərinin professor-müəllim və tələbələri də istifadə edə bilərlər.
Ali təhsil sisteminin yenidən qurulması tələbə kontingentindən dərin və möhkəm riyazi biliyə malik olmağı, riyaziyyatı müasir elmi məsələlərin həllinə tətbiqetmə bacarığı və müstəqil işləmə vərdişi tələb edir. Gələcək iqtisadi kadrların hazırlandığı ali məktəblərdə öyrənilən fənlər arasında riyaziyyatın xüsusi əhəmiyyəti vardır. İqtisadiyyatın ən müxtəlif sahələrinə riyazi metodlar geniş tətbiq edilir. Tələbələrin riyazi biliyini yüksəltmək, onların yaradıcı təfəkkürünü, şəxsiyyətini, məntiqi və fərdi düşünmə qabiliyyətini və istedadlarını inkişaf etdirmək, müstəqil işləmə və hesablama aparmaq vərdişlərini artırmaq üçün “Ali riyaziyyat” kursu mühüm əhəmiyyətə malikdir. Bakı Biznes Universitetinin tələbələri üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 08.04.2010-cu ildə təsdiq olunmuş “Ali riyaziyyat” proqramı əsasında yazılmış bu dərs vəsaiti iki hissədən ibarətdir. I hissədə çoxluq, mütləq qiymət haqqında teoremlər, funksiyalar, funksiyaların limiti, kəsilməzliyi, törəmə, diferensial, qabarıq və çökük əyrilər, Lopital qaydası, qeyrimüəyyən və müəyyən inteqrallar, inteqrallama üsulları, qeyri məxsusi inteqrallar, çoxdəyişənli funksiyaların diferensial hesabı, diferensial tənliklər, ədədi sıralar və s. bu kimi mövzular ardıcıllıqla və oxunaqlı şəkildə şərh edilmişdir. Hər bir mövzu və fəslin sonunda nəzəri materialların tələbələr tərəfindən daha yaxşı qavranılması üçün məsələ və misallar həll edilmişdir. Dərs vəsaitindən digər iqtisad yönümlü Universitetlərin professor-müəllim və tələbələri də istifadə edə bilərlər.