KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Aleksandr Sergeyeviç Puşkin Seçilmiş əsərləri


Şeçilmişlər Aleksandr Sergeyeviç Puşkin Seçilmiş əsərləri

Aleksandr Sergeyeviç Puşkin Seçilmiş əsərləri PDF
ADI:
Seçilmiş əsərləri
REYTİNQ:
  • +20
DİL:
FORMAT:
ÇAP İLİ:
2009
ÖLÇÜSÜ:
3.43 MB
Kitaba böyük rus şairi A.S.Puşkinin ayrı-ayrı illərdə yazdığı məşhur şeirləri, poemalar və dram əsərləri, "Kapitan qızı" povesti daxil edilmişdir.
Kitaba daxil edilmiş dramlar: Xəsis cəngavər, Motsartvə Salyeri, Daşqonaq, poemalar: Qafqaz əsiri, Baxçasaray çeşməsi, Qaraçılar, Yevgeni Onegin, Tunc atlı, və şerləri.
Puşkin deyəndə xəyalımızda XVIII əsr rus ədəbiyyatının axta-rışlarına tarixi yekun vurmuş, XIX əsr klassikasının birinci səhifə¬sini açıb, onu dünya ədəbiyyatına tanıtmış böyük şair surəti canlanır.
Bir sənətkar və şəxsiyyət kimi Puşkin özündən əvvəlki Avropa mədəniyyətinin parlaq fonunda və dövrünün ədəbi həyatının mürəkkəb mühitində yetişmişdir. O dövrə xas olan cəhətlərdən biri antik ədəbiyyata aludəçilik idi. Faciələri ilə Avropa səhnələrini zənginləşdirən böyük Şekspir bir çox yazıçılara təsir göstərirdi. Hələ de yüksək klassisizmin ənənələri yaşayır, hələ de sentimen- talizmin gülləri qoxuyurdu. Maarifçiliyin böyük ideyaları təzadlı şəkildə güclü romantik axınla qovuşmaqda, yeni dövrün realizmi isə sürətlə yüksəlirdi. Şairin yaradıcılıq pafosunu müəyyənləşdirən iki mühüm məqamı da qeyd etmək vacibdir: 1812-ci il Vətən müharibəsi ile bağlı ümumxalq yurdsevərlik və elsevərlik şüurunun yüksəlməsi, dekabrist hərəkatı. V.Q.Belinskinin təbiri ile desək, “bəşəriyyətin tarixi hərəkatında şairin onunla rastlaşdığı yolun uzunluq və en dairəsinin” ictimai-mədəni mənzərəsi bundan ibarət idi. Bu mühit Puşkinin yaradıcılığının həyatiliyini, bəşəriliyini və ölməzliyini müəyyənləşdirir.