» » » Xristianlıq tarix və fəlsəfə, ilk çağlar


Şeçilmişlər Xristianlıq tarix və fəlsəfə, ilk çağlar

Xristianlıq tarix və fəlsəfə, ilk çağlar PDF
ADI:
Xristianlıq tarix və fəlsəfə, ilk cağlar
REYTİNQ:
  • 0
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2007
ÖLÇÜSÜ:
2.77 Mb
Təqdim olunan kitab Xristianlığın birinci on əsrini əhatə edən fəlsəfə tarixi mövzusunda Azərbaycan dilində yazılmış ilk əsərdir. Burada Xristianlığın yaranması və inkişaf mərhələləri haqqında söhbət açılır, müxtəlif xristianyönlü dini-fəlsəfi cərəyanların dünyagöruşləri izah edilir, xristian mütəfəkkiirləri və onların fikirləri haqqında məlumat verilir. Kitab, ali məktəblərin fəlsəfə, ilahiyyat, kulturologiya və başqa humanitar fakultələrinin tələbələri, fəlsəfə üzrə mütəxəssislər və ümumiyyətlə dini fəlsəfə ilə maraqlanan, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Xristian dünyagörüşü və mədəniyyətinin yaranması dünya tarixində olan ən önəmli hadisələrdən biri olmuşdur. Fələstin torpaqlarında yaranan bu dinin ilk azsaylı ardıcılları, qədim yəhudi ənənəsi çərçivəsində, yeni təfəkkürün əsas müddəalarını ifadə etdilər. Gələcəkdə bu təlim, bir neçə əsr ərzində Roma imperiyasının böyük xalq kütlələrini əhatə edərək, rəsmi dövlət dini statusunu almışdır. Roma mühitində inkişaf etmiş xristian dünyagörüşü, təkcə yəhudi ənənələri ilə məhdüdlaşmayıb, müxtəlif dinifəlsəfi təlimlərin təsiri altında düşmüşdü. Xristian dininin rəsmi doktrinası bir neçə əsr ərzində tədricən, mürəkkəb tarixi hadisələr şəraitində formalaşmışdı. Lakin bundan sonra daxili ziddiyətlərin kəskinləşməsi nəticəsində orada müxtəlif dini təriqətlər və cərəyanlar fəaliyyət göstərmişdir. Sonda, bu ziddiyətlər Xristianlığın parçalanması ilə nəticələnmişdir. Lakin, bütün bu ziddiyətli məqamlara baxmayaraq bu din dünya dininə çevrilmişdir. Xristianlığın dünya fəlsəfəsinin, mədəniyyətin, incəsənətin inkişafında müstəsna rolu olmuşdur. Bu dindən ilhamlanan alimlər, incəsənət xadimləri ən parlaq fəlsəfi əsərləri və incəsənət incilərini yaratmışdırlar. Avropa mədəniyyətinin inkişaf etməsindən və dünyada aparıcı rol oynamağa başlamasından sonra isə xristian dünyagörüşü bu və ya digər dərəcədə demək olar ki, bütün dunya xalqlarının mədəniyyətlərinə və ənənələrinə təsir etmiş və bu günə qədər də öz təsirini saxlamaqdadır. Buna görə də müasir düşüncəli və ziyalı insanlar üçün Xristian tarixi və fəlsəfəsi ilə tanışlıq olduqca aktual məsələdir. Məsələ bundadır ki, iki əsr ərzində Avropa və sonra dünya təfəkkürü tarixində gedən proseslərə düzgün qiymətin verilməsi və bununla bağlı müxtəlif amillərin tədqiqatlarda əks etdirilməsi üçün Xristianlığın dunyagörüşü, onun yaranması, tarixi inkişaf mərhələlərini bilmək olduqca vacibdir. Bundan başqa Xristianlığın daxilində gedən proseslər haqqında biliklərin əldə edilməsı bir çox hallarda başqa dinlərin, fəlsəfələrin və mədəniyyətlərin öyrənilməsi və onların düzgün başa düşülməsi üçün köməklik edir. Çünki xristian dünyagörüşü özündən öncə mövcud olan mədəniyyətlərlə sıx əlaqədə, yaxud, bəzi hallarda, onların təsiri altında olduğu kimi, sonra yaranan mədəniyyətlərə də çox güclü təsir etmişdir. Xristian ilahiyyatında və fəlsəfəsində gedən mübahisələr, tarixi proseslər, müxtəlif problemlərin qoyuluşu və onların həlli yollarının axtarılması, bəzi hallarda, Xristianlıqdan sonra yaranan başqa dini-fəlsəfi təlimlərdə də təkrarlanır.