KitabYurdu » Kitab » Dini » Övladlarına Namazı Necə Aşılamalısan


Şeçilmişlər Övladlarına Namazı Necə Aşılamalısan

Övladlarına Namazı Necə Aşılamalısan PDF
ADI:
Övladlarına Namazı Necə Aşılamalısan
REYTİNQ:
  • +67
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2007
ÖLÇÜSÜ:
612 kb
Rəhimli və mərhəmətli Аllаhın аdı ilə.
Məni nаmаz qılаnlаrdаn еdən Аllаhа həmd оlsun… Sаlаt və sаlаm, «Məni nаmаz qılаrкən gördüyünüz кimi nаmаz qılın» dеyən Pеyğəmbərə оlsun.
Bu kitabın türk dilində olan “Çocuklarını namaza nasıl alıştırırsın” variantı ilk öncə mağazada diqqətimi cəlb etdi. Kitabı alıb diqqətlə oxudum və həqiqətən də çox təsirləndim. Allah rizası üçün mütləq bu kitabı azəri türkçəsinə tərcümə etmək qərarına gəldim. Kitab çox gözəl üslubla yazılmış və ərəb dilindən türk dilinə Alim Yücer tərəfindən tərcümə olunmuşdur. Türkiyə Nəşriyyat evinin səlahiyyətli nümayəndəsi Sədullah Birışıq bəy bu kitabın Azərbaycan xalqına faydalı olması üçün tərcümə və nəşr olunmasına icazə verdi.
Onu da qeyd edim ki, bu kitabı neçə gün gecə gündüz çalışıb tərcümə etməyimə baxmayaraq bəzi qəlbimə dəyəcək sözlər eşitdim. Professor və doktorluq dərəcəsinə gəlib çatan bəzi insanlardan bu cür tərcümədən nə çıxacağını, bunun əvəzinə başqa işlərlə məşğul olmağı mənə tövsiyə etdiklərini də eşitdim. Namazdan nə qədər yazmaq olar, o qədər namaz haqqında yazanlar var ki, və s..
Bu əsəri Allah razılığını qazanmaq, namazı sevənlərə bilmədiklərini öyrətmək üçün tərcümə etdim. Allah Təala hər bir xeyir işdə vəkilimizdir. Çünki biz Ona iman edirik və Onun razı qaldığı işləri insanlara öyrətməyi özümüzə borc bilirik.