STEAM - Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyatın birləşməsi nəticəsində yeni ideyaların reallaşdırılması,
cəmiyyətdə müxtəlif problemlərin həllinə kömək edə biləcək təhsil yanaşmasıdır. STEAM təhsil alanlarda tənqidi yanaşma, yaradıcı
düşünmə, qazanılan biliklərin müqayisəli şəkildə anlaşılması, yaradıcı formada yeni layihələr əsasında biliyin möhkəmlənməsi, əməkdaşlıq etmə və s. kimi XXI əsr bacarıqlarını formalaşdırır. STEAM fənləri ayrılıqda öyrətmək əvəzinə, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirir.
Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013- cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında qeyd olunmuşdur: "Azərbaycan Respublikasının inkişaf konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilməlidir. Təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və ömürboyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir". "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" (bundan sonra-Strategiya) Azərbaycan Respublikasında, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün beş strateji istiqamətdə geniş miqyaslı tədbirləri nəzərdə tutur. Birinci strateji istiqamət səriştəyə əsaslanan şəxsiyyətyönlu təhsil məzmununun yaradılmasına yönəlmişdir və təhsilin məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali olmaqla, bütün pillələri üzrə kurikulumların inkişafı kimi vacib hədəfi əhatə edir. Hal-hazırda dünyada dördüncü texnoloji inqilab baş verir. Sürətli informasiya axını, yüksək texnoloji yeniliklər və inkişaf həyatımızın bütün sahələrini dəyişdirir. Cəmiyyətin tələbləri və fərdin maraqları dəyişir. Robot texnikası, dizayn, proqramlaşdırma, modelləşdirmə, 3D dizayn və başqa əmək növləri ilə daha çox maraqlanırlar. Bunlar təkcə bizim deyil, dünyanın müasir şagirdlərini maraqlandırır. Bu maraqları reallaşdırmaq daha mürəkkəb bacarıq və səriştələr tələb edir.
Dördüncü Sənaye süni intellekt (AI), robototexnika, əşyaların interneti (IoT), 3D çap, gen mühəndisliyi, kvant hesablamaları və digər texnologiyalarda irəliləyişlərin birləşməsidir. Dördüncü Sənaye İnqilabı isə XXI əsrin əvvəllərindən başlayaraq rəqəmsal texnologiyaların nailiyyətlərinə əsaslanaraq ortaya çıxıb. Bu inqilab, istehsalda bulud texnologiyasına əsaslanan maşın öyrənməsi vasitəsilə kiber-fiziki STEAM-lərin avtonom qərar qəbulunu nəzərdə tutur. Bu, bazar araşdırması, istehsal və satışla bağlı qərarları avtonom şəkildə verə bilən "ağıllı fabrik"lərin ortaya çıxmasına şərait yaradır. Dördüncü Sənaye İnqilabı maşın öyrənməsi, süni intellekt, üçölçülü çapetmə (3D printer), robotlar, pilotsuz uçuş aparatları və nəqliyyat vasitələri, blokçeyn texnologiyası, neyrotexnologiyalar, implantasiya oluna bilən texnologiyalar, bulud texnologiyaları və digər inqilabi texnologiyalar hesabına ortaya çıxmışdır. UNESCO-nun 2030-cu il üçün Davamlı İnkişaf Gündəliyi 17 DİM-i,yəni Dayanıqlı İnkişaf Məqsədlərini təklif edir. Bu Dayanıqlı İnkişaf Məqsədlərindən 4-ü “Keyfiyyətli Təhsil”dir.