KitabYurdu » Kitab » Dərslik » Ana dilimiz milli sərvətimizdir


Şeçilmişlər Ana dilimiz milli sərvətimizdir

Ana dilimiz milli sərvətimizdir PDF
ADI:
Ana dilimiz milli sərvətimizdir
REYTİNQ:
  • +22
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2018
ÖLÇÜSÜ:
505 kb
Hər bir millətin varlığının mühüm amillərindən biri olan ana dili heç vaxt yaddan çıxmayan, unudulmayan qürur mənbəyidir. Tarix boyu başı bəlalar çəkmiş Azərbaycan xalqı zaman-zaman repressiyalara məruz qalsa da, öz ana dilini qoruyub saxlaya bilmişdir. Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Ən sadə şəkildə desək, dil ünsiyyət vasitəsidir, bununla bahəm, dil millətin simasını səciyyələndirən amillərdən biri, bəlkə də, birincisidir. Xalqın taleyi, onun mənliyi, mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yaranır, tərəqqi edir. İnsanın təkamülündə ana dilinin rolu böyükdür. Dil cəmiyyətin ən dəyərli mənəvi sərvətidir. Hər bir xalqın inkişafı, həyatı, mübarizəsi onun dili ilə sıx bağlıdır. Belə ki, hər bir xalq öz tarixini, milli mənəvi dəyərlərini, adət-ənənəsini gələcək nəsillərə məhz dil vasitəsilə çatdırır. Dilimizin inkişafında, onun uşaqlara sevdirilməsində kitabxanaların rolu əvəzedilməzdir. Öz fəaliyyətində Ana dilimizin uşaqlara aşılanması, onlara sevdirilməsini əsas tutan kitabxanamız, bu istiqamətdə daha yaxşı naliyyətlər əldə etmək məqsədilə aşağıdakı metodiki vəsaiti sizə təqdim edir. Vəsaitdə ana dilimizin keçdiyi tarixi yollar işıqlandırılmaqla yanaşı, mövzu ilə əlaqədar keçirilə biləcək tədbirlərlə bağlı məlumatlar da öz əksini tapmışdır. Metodik vəsait iki hissədən ibarətdir. Birinci hissə “Azərbaycan dili milli varlığımızın aynasıdır” adlanır. Bu hissədə ana dilimizin inkişaf tarixindən, bu sahəyə dair qəbul olunmuş sərəncam və qanunlardan söhbət açılır. Vəsaitin “Ana dilim şirindir” adlı ikinci hissəsində kitabxanalarda mövzu ilə əlaqədar keçiriləcək tədbirlər haqqında məlumat verilir.