KitabYurdu » Kitab » Dərslik » Əli Həsənov Geosiyasət


Şeçilmişlər Əli Həsənov Geosiyasət

Əli Həsənov Geosiyasət PDF
ADI:
Geosiyasət
REYTİNQ:
  • +6
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2010
ÖLÇÜSÜ:
1.4 Mb
Oxucuların diqqətinə təqdim edilən bu kitabda Azərbaycan dilində ilk dəfə olaraq geosiyasətin elm sahəsi kimi meydana gəlməsi, əsas anlayışlarının yaranması, formalaşması və inkişafının tarixşünaslığına nəzər salınır, onun nəzəri mənbələri, qanunauyğunluqları, obyekt və predmeti, kateqoriyaları, ak-torlan ilə bağlı klassik geosiyasət xadimlərinin və müasir tədqiqatçıların baxışları təhlil olunur, müxtəlif dövrləri və fərqli geosiyasi məktəbləri təmsil edən siyasətşünasların elmi nəzəriyyələri araşdırılır, qarşılıqlı şəkildə müqayisə olunur. Kitabda həmçinin orta əsrlərdən başlayaraq müasir dövrə qədər dünyada cərəyan edən əsas geosiyasi hadisələr, planetin geosiyasi xarakteristikası, geosiyasi güc mərkəzləri və onlar arasındakı münasibətlər, qloballaşan dünyada geosiyasi məsələlərə yeni baxışlar, milli-dövlət maraqlan uğrunda mübarizə və yeni dünya nizamı, bəşəriyyəti təhdid və məşğul edən əsas iqtisadi, siyasi, enerji təhlükəsizliyi, qlobal nəqliyyat-kommunikasiya, ticarət, xammal, beynəlxalq daşımalar kimi məsələlərin mövcud vəziyyəti və perspektivləri haqqında müfəssəl məlumat verilir, oxucunun geosiyasi biliklərini, təsəvvür və anlayışlarını dərinləşdirən materiallar təqdim olunur.
Bəşər cəmiyyəti artıq onuncu ildir ki, XX əsri və ikinci minilliyi tamamlayaraq XXI əsrə və üçüncü minilliyə qədəm qoymuşdur. Bu minillikdə dövlətlərin, xalqların və bütövlükdə bəşər cəmiyyətinin taleyi necə olacaq, beynəlxalq münasibətlər hansı istiqamətdə cərəyan edəcək, bütöv dünyanı, ayrı-ayrı geostrateji regionları və ölkələri hansı tale gözləyir, getdikcə qloballaşan, lakin regional, etnik, dini, milli münaqişələrin sayının artdığı planetimizdə vəziyyət necə olacaq - bütün bunlar özünün obyektiv və əhatəli elmi cavabını gözləyir.
Bəşəriyyətin gələcəyini proqnozlaşdıran müxtəlif siyasi, ictimai və elmi dairələr, politoloqlar, tarixçilər, filosoflar, astroloqlar, para-psixoloqlar, ekstrasenslər: "dünyanın və tarixin sonunun çox da uzaqda olmamasından" tutmuş, "bəşəriyyəti gözləyən parlaq və firavan gələcəyə" qədər - XXI əsrdə insanlığın yaşayacağı müxtəlif talelər haqqında hər gün fərqli proqnozlar verirlər. Ayrı-ayrı elm sahələrini əhatə edən tədqiqatçıların bəziləri müasir geosiyasi və beynəlxalq münasibətləri, qlobal dünya nizamını yaxşılaşdırmaq üçün liberal-de-mokratik dəyərlərin inkişafı zərurətindən, digərləri bəşəriyyəti təhdid edən millətçi-etnik hisslərin və bu zəmində etnik qarşıdurmaların, mədəniyyətlərarası münaqişələrin, sosial, iqtisadi, maliyyə və ekoloji fəlakətlərin qarşısının radikal yollarla alınması ehtiyacından və s. bəhs edirlər. Lakin hamının ortaq fikri ondan ibarətdir ki, sürətlə inkişaf edən, dəyişən və qloballaşan dünyada bəşəriyyəti təhdid edən hadisələr və proseslər geniş geosiyasi düşüncəyə, ciddi qlobal yanaşmaya və peşəkar tədqiqata söykənən cavabını gözləyir. Geosiyasətçi alim V.A.Derqaçovun qeyd etdiyi kimi, XX əsr elmi-texniki tərəqqinin zəfər dövrü olsa da, bəşəriyyəti düşündürən və narahat edən, hər bir ölkəyə və dünya birliyinə öz gələcəyini məntiqi və elmi əsaslarla planlaşdırmağa imkan verən universal bir elm sahəsi yarada bilmədi. Bütün dünyada və hər bir ölkədə ayrılıqda geniş və strateji dünyagörüşünə, qlobal düşüncə tərzinə, operativ qərar qəbul etmək bacarığına, konkret məkan və şəraitdə doğru yol seçmək imkanına malik olan peşəkar siyasətçi və siyasətşünas alim çatışmazlığı özünü göstərir.