KitabYurdu » Kitab » Dedektiv » Xəzər sahilində bir səhər


Şeçilmişlər Xəzər sahilində bir səhər

Xəzər sahilində bir səhər PDF
ADI:
Xəzər sahilində bir səhər
REYTİNQ:
  • 0
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2025
ÖLÇÜSÜ:
1.51 mb

Əziz oxucu,əsər İlyas adında bir mətbuat orqanın işçisi bir gün Xəzərin sahilində gəzərkən qarşılaşdığı qətldən bəhs olunur. Elə bir qətl ki... Bu qətl bütün personajların həyatını dəyişdirəcək və cərəyan edən qaranlıq hadisələrin bir gün sona yetəcəyinə ümid yaradır. 

         Kitabın çapı,tiraja buraxılması,müəllifinin icazəsi olmadan yayımlanması qəti qadağandır və müəllif hüquqları qorunur. Xoş mütaliələr.

“Bu şəhərdə hər gün minlərlə nəfər gəzir Sahil boyunca. Amma həmin səhər... kimsə geridönmədi. Və mən – İlyas – bunun sadəcə bir ölüm olmadığını o anda anladım. Bəzən bir yazı sənihəyatın dərin qatlarına aparar...

Səhər saat beş radələriydi. Hələ şəhər tam oyanmamışdı. Bakı hələ öz qış yuxusundaydı. Sahil bulvarı bu saatlarda daha çox dənizin nəfəsi ilə danışırdı – tək-tük martı səsləri, uzaqdan keçən gəmi siqnalları və dənizlə daşların arasındakı sonsuz pıçıltı. Mən, İlyas, həmin gün sadəcə bir yazı üçün fotolar çəkməyə çıxmışdım. Bulvarda tək-tük insanlar vardı – qaçış edən bir-iki nəfər, süpürgəçilər, bir də mən. Adətən, bu saatlar mənim sevdiyim saatlardı. Şəhərin nə qədər səs-küylü və xaotik olduğunu bir jurnalistdən yaxşı kim bilər ki? Amma o səhər... başqa idi. Mən cəsədi ilk görənlərdən biri oldum. Sahil oturacaqlarının bir neçə metrliyində, bir kişi bədəni uzanmışdı. Üzü üstə idi. Əlində siqaretin közərmiş qalıqları, başı yan çevrilmişdi. Əvvəlcə sərxoş hesab etdim. Amma yaxınlaşanda, dənizin duzlu havasına qarışan qoxu və bədənin solğunluğu... başqa şey deyirdi.

Ətrafdakıları səslədim. Bir süpürgəçi mobil telefonla kiməsə zəng vurdu. Mən isə refleks olaraq cib dəftərçəmə qeydlər etməyə başladım. Peşə vərdişi, deyirlər... Amma bu dəfə qeydlər reportaj üçün deyildi. Daxilimdə qəribə bir hiss vardı. Bu ölüm sadə deyildi. Qətl idi, deyə pıçıldadı içimdə nəsə.

Və mən səhv etmirdim.