KitabYurdu » Kitab » Dedektiv » Fəxrəddin Qasımoğlu - Son Gecə


Şeçilmişlər Fəxrəddin Qasımoğlu - Son Gecə

Fəxrəddin Qasımoğlu - Son Gecə PDF
ADI:
Son Gecə
REYTİNQ:
  • +1014
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
25.06.2019
ÖLÇÜSÜ:
1.69 mb
Hörmətli oxucu. Kriminal detektiv janrda ilk romanımı sizlərə təqdim edirəm. Əsər baş qəhrəmanın dilindən, sadə dildə yazılıb. Ara-sıra verdiyim yumor və satira ilə oxucunu darıxmağa qoymamışam. Süjet xəttini nə qədər maraqlı etməyə çalışmışamsa, romanın maarifləndirici, tərbiyəvi əhəmiyyətinə də bir o qədər yer vermişəm. Əsasən yeniyetmə və gənc nəslə hesablanmasına baxmayaraq, kitabın bütün yaşda insanlar üçün maraqlı olacağını düşünürəm. Sirr deyil ki, narkomaniya bir bəla olaraq yayılmaqda davam edir. Narkomaniya qədər təhlükəli olan daha bir bəla da var. Bu bəla-bəzi gənclərin, əslində heç mövcud olmayan, kimlərinsə uydurduğu “cinayət aləminin romantikası”na meyl etməsidir. İnsan, psixikasının formalaşması prosesində kənar təsirlərə daha həssas olur. Elə bu yaş dövründə olan yeniyetmələr adətən nəsihəti sevmir, ətraflarında olan, “dost” adlandırdıqlarının sözünü valideyin sözündən üstün tutur, onların təsiri altında istənilən addımı atmağa hazır olur, bunu bir növ özünütəsdiq hesab edirlər. Bir neçə yaş böyük olan həmin “dost”lar isə, onların bu zəifliklərini gözəl bildiklərindən, məharətlə istifadə edərək manipulyasiya edir, nəticədə cəmiyyət üçün gözəl bir fərd, vətəndaş olacaq yeniyetmə özü də fərqinə varmadan cinayət aləminə sürüklənir. Təəssüf ki, bir çox hallarda sonra gec olur. Kitabda mütəmadi olaraq istər narkomaniyanın, istər də ümumilikdə cinayət aləminin sonu qaranlığa aparan bir yol olduğuna misallar gətirirəm. Ancaq heç bir halda bunu təkidlə təlqin etməyə çalışmır, sadəcə bu yolun fəsadlarını açıqlayıram. Məncə təlqinin ən yaxşı üsulu elə budur. İnsana yaxşını və pisi göstərmək, sonra yaxşıya doğru kiçik bir təkan verərək kənara çəkilib öz seçimini etmək fürsəti vermək.
Azərbaycan polisinin fədakar fəaliyyətinin “görünməyən” tərəfləri barədə də oxucuları mümkün olan qədər məlumatlandırmağa, asayişimizin keşiyində duran bu peşə sahiblərinin həyatının gündəlik qayğılarla yaşayan sadə insanların həyatından nə qədər fərqləndiyi haqqında az da olsa, təsəvvür oyatmağa çalışmışam. Kitabdakı maarifləndirici məqamlar gənc nəslin tərbiyəsində azca da olsa rol oynayarsa, bunu böyük uğurum hesab edəcəyəm. Sizin xeyir-dualarınızla kitabın davamını yazmağı planlaşdırıram. Onu da qeyd etməyi borc bilirəm ki, ilk təcrübəm olduğu üçün, peşəkar qələm əhli olan dostlarım, səmimi insanlar, Azərbaycan Milli Konservatoriyasında İctimai elmlər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Hacı Firudin Qurbansoy və peşəkar jurnalist, “Polis” qəzetinin baş redaktoru, polis mayoru Elşad Hacıyev dəyərli məsləhətləri ilə mənə çox kömək etdilər və nəticədə kitabın indi sizə təqdim olunan son variantı ərsəyə gəldi. Buna görə onlara minnətdaram. Müəllif olaraq, kitabımın hər bir oxucusuna təşəkkür edirəm. Qismət olarsa, növbəti kitabın “Ön söz”ündə görüşərik.
Fəxrəddin Qasımoğlu
Hörmətli, oxucu. Sizə təqdim etdiyim "Son gecə" romanı Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən "Kitab nəşri və ədəbiyyat" işçi qrupu tərəfindən Azərbaycanın ən çox oxunan 6 yazarının kitabları siyahısına daxil edilib. Romanın ilkin olaraq 1000 nüsxədə təkrar nəşri nəzərdə tutulur. Kitab yeni dizayn və formatda Türkiyədə nəşr olunacaq. Hər birinizə təşəkkürümü bildirirəm. Xoş mütaliələr. Hörmətlə, müəllif.
  • 12 fevral 2022 11:57
  • Status:
Cəfərova Türanə
Çox maraqlı və həyəcan dolu, hərkəsə oxumağı məsləhət görəcəyim bir kitabdır. Növbəti yazacağınız kitablarınızı gözləyirik. İşinizdə uğurlar arzulayıram!
  • 13 fevral 2022 14:28
  • Status:
Əli Qurbanzadə
Çox maraqlı kitabdır,bir nəfəsə oxudum, hamıya tövsiyə edirəm.
  • 20 fevral 2022 15:17
  • Status:
Tunzale Nahmetova
Deyerdim ki bu kitab neinki stolustu kitabim, hetta beynime hekk edilmis ilk sehifesinden son sehifesine kimi zovg aldigim bir hediyyedir...
  • 28 fevral 2022 23:18
  • Status:
Gülayə Hacıyeva
Ćox maraqlı. Oxuduqca ayrılmaq istəmirsən. Gecəni yatmadım oxudum.
  • 9 mart 2022 23:27
  • Status:
Fəxrəddin Qasımoğlu
Salam. Kitabın davamı hazırda redaktəyə verilib. Tezliklə sizlərə təqdim olunacaq. Oxuyub bəyənənlərə təşəkkür edirəm. Müəllif. 
  • 19 mart 2022 15:14
  • Status:
Qonaq Cəmil
Çox əla kitabdı. Oxumaqdan ləzzət aldım. 
  • 24 mart 2022 16:14
  • Status:
Hajizada
Очень необычная и интересная книжка, мы с мамой прочли ее за один вдох. Будем ждать будущие работы автора 
  • 24 mart 2022 16:23
  • Status:
Farid B
Oxudum əla kitab idi. Davamını gözləyirik.
  • 24 mart 2022 17:27
  • Status:
Камаля
Камаля
  • 9
Super maraqli kitab idi
  • 24 mart 2022 20:29
  • Status:
Яшар Гасымов
Kitabi cox beyendim,oxudugca marag icinde qalirsan ve bir nefese oxuyursan.
  • 25 mart 2022 03:26
  • Status: İstidafəçi xətdə deyil
VALEH QULİYEV.
VALEH QULİYEV.
  • 7
Salam Fəxrəddin bəy,, belə bir kitabı ərsəyə gətirdiyinizə görə sizə öz minnətdarlıgımı bildirirəm.  polis zabiti kimi, cibgirlərin işləmə mexanizmini dəqiqliyi ilə oxuculara çatdıra bilmisiniz. Ugurlar.
  • 27 mart 2022 00:20
  • Status:
Fəxrəddin Qasımoğlu
Rəy yazan oxuculara təşəkkür edirəm. 
  • 24 aprel 2022 12:51
  • Status:
Musa Qurbanzade
Zovq aldim.davami ne vaxt olacag?
  • 24 aprel 2022 20:40
  • Status:
Qonaq Elgun
Son vaxtlarda oxuduqum maraqli kitablardan biri

Bir günü oxudum. Çox maraülıdır. Davamını hardan elden etmek olar?
  • 29 aprel 2022 11:10
  • Status:
Big O
Big O
  • 3
Maraqlıdır … 
  • 11 iyun 2022 16:12
  • Status:
Təbriz Şükürov
Əla. Kitabı çox bəyəndim.
  • 11 iyun 2022 16:24
  • Status:
Нара Касумова
Стианная книга,начинается как то так себе .даже думвеш да ну его.
но потом ...Не возможно оторватьс.я ,спасибо автору
  • 9 iyul 2022 20:38
  • Status:
Layiqe Rahimova
Mohtewem bir Romadi.Romanin esas qehramanlarindan biri oldugumcun qurur duyuram Fexreddin bey.Eziz oxucular her birinize tovsiyye edirem oxumaga deyer cox heyecanli bir kitabdi.Inwallah Romanin davamni gozleyirik
  • 7 noyabr 2022 00:50
  • Status:
Qonaq Nigar Rzayeva
Layiqeni wexsen taniyiram. Cox yaxsi ve mehriban xanimdi. Dunyadaki butun yaxsi ne varsa hamisina layiqfdir. Ugurlarin bol olsun canim menim.
  • 7 noyabr 2022 01:51
  • Status:
Qonaq Gunay

Çox gözəl kitabdır. Oxuduqca vərəqləri necə çevirdiyini unudursan, bir də baxırsan ki gecə saat olmuş 3-4, sən hələ də həyəcanla oxuyursan. Çox təşəkkür edirəm yazıçıya ki, belə duyğular üçün illərlə əziyyət çəkib. 

  • 25 iyun 2023 15:57
  • Status: