KitabYurdu » Kitab » Dedektiv » Elvin Ziyaoğlu - Taleyin yazılmamış hökmü


Şeçilmişlər Elvin Ziyaoğlu - Taleyin yazılmamış hökmü

Elvin Ziyaoğlu - Taleyin yazılmamış hökmü PDF
ADI:
Taleyin yazılmamış hökmü
REYTİNQ:
  • +231
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2018
ÖLÇÜSÜ:
888 kb
Qısa olaraq onu qeyd edim ki, roman detektiv janrında yazılıb və yaxşı düşünülmüş, maraqlı süjet xəttinə malikdir. Hadisələrin xronoloji ardıcıllığı oxucunu psixoloji təsir dairəsində saxlaya bilir (Bunu romanı oxuyan əksər oxucular təsdiq edir). Bu da mənim ilk romanım üçün böyük uğurdur. Təbii ki, "Taleyin yazılmamış hökmü"ndə detektiv əsərlərə xas əlamətlərdən başqa özüməməxsus üslubun olması əsəri daha da orijinal edir. Çalışmışam ki, romanda hər bir hadisəyə lokanik yanaşım və oxucunu yormadan məsələdən birbaşa hali edim. Düşünürəm ki, bu əksər oxucunun ürəyincədir. Eyni zamanda oxucunun nəzəri olaraq oxuduğu mətn hadislərinin ikinci tərəfi ikən, oxucunun öhdəsinə buraxılan "düşüncə" əsərin görünməyən əsas tərəfidir. Yəni romanı nəzəri oxuyan şəxs əslində məğzin nədən ibarət olduğunu özü düşünməlidir. Ümid edirəm ki, romanı oxuyan hər kəs bu mətnaltı "gerçəkliyi" izhar edə biləcək...

Romanın annotasiyası:
“Quba rayonunda məşhur iş adamı öz bağ 
evində sinəsindən tüfənglə vurulmuş halda aşkar 
edilir. Yerli polis bölməsi hadisənin intihar olduğunu 
zənn edir. Bununla razılaşmayan mərhumun
general qudası təcrübəli kriminalist-ekspert Vəzir 
Mehdiyevdən bu hadisənin təhqiqatını aparmağını 
istəyir. Mehdiyev tez bir zamanda hadisənin cinayət 
olduğu qərarına gəlir və dövlət təhlükəsizliyinə
təhdid yaradacaq böyük bir qruplaşmanı ifşa etmək 
üzrədir. Ancaq...”

Taleyin hökmünü gözləmək azdı, 
Taleyin hökmünü özün imzala...
Qonaq Bəhruz
əsər super idi. amma axırı yaxşı olmadı
  • 23 dekabr 2020 08:03
  • Status:
Elvin Mənsimov
Sitat: Qonaq Bəhruz
əsər super idi. amma axırı yaxşı olmadı
Çox sağ olun fikiriniz üçün. Bəzi gerçək səbəblərdən ötrü əsərin əsas anlamı sətraltı yazılıb. Bu səbəbdən də əsərin məğzini anlamaq oxucunun öz öhdəsinə buraxılıb. Bir qədər dərindən düşündükdə əsərin nə üçün sonluğunun elə olması və ümumi mahiyyəti anlaşılır. Təşəkkürlər. Hörmətlə: Müəllif.
  • 5 yanvar 2021 21:48
  • Status: İstidafəçi xətdə deyil
Jasmin Babayeva
Əvvəla salam mən bu dedektiv romanı bu gün oxuyub bitirdim düzdü axırlarda mərhumun itinin ölümü biraz sarsıtdı ama çox bəyəndim. Bu cür romana görə yazıçıya təşəkkürümü bildirirəm.?
  • 6 yanvar 2021 19:13
  • Status:
Nicat Eliyev
Salam, çox gözəl romandı. Müəllif gənc olmağına baxmayaraq möhtəşəm əsər yaradıb. Hər kəsə oxumağı tövsiyyə edirəm. Uğurlar.

  • 6 yanvar 2021 19:36
  • Status:
Elvin Mənsimov

Sitat: Jasmin Babayeva
Əvvəla salam mən bu dedektiv romanı bu gün oxuyub bitirdim düzdü axırlarda mərhumun itinin ölümü biraz sarsıtdı ama çox bəyəndim. Bu cür romana görə yazıçıya təşəkkürümü bildirirəm.?

Salam, xoş sözlərinizə görə təşəkkür edirəm. ?
Hörmətlə: Müəllif



Sitat: Nicat Eliyev
Salam, çox gözəl romandı. Müəllif gənc olmağına baxmayaraq möhtəşəm əsər yaradıb. Hər kəsə oxumağı tövsiyyə edirəm. Uğurlar.


Salam, xoş sözlərinizə və digər oxuculara etdiyiniz tövsiyəyə görə təşəkkür edirəm.
Hörmətlə: Müəllif

  • 9 yanvar 2021 00:51
  • Status: İstidafəçi xətdə deyil
R h
R h
  • 0
Sonda kim basa dusdu esas qatilin kim oldugunu?
  • 20 mart 2021 08:24
  • Status:
Aydinli senem
Cox gozel eserdi ,inseallah davami gelsin 
  • 17 yanvar 2022 18:19
  • Status:
Qurban Mustafayev
Bu qədər vaxt sərf edib oxudum axirda nədənsə çox əsəb kecirdim, axri elə bitməməli idi
  • 30 may 2022 19:33
  • Status:
Elvin Mənsimov
Qurban Mustafayev,
Sitat: Qurban Mustafayev
Bu qədər vaxt sərf edib oxudum axirda nədənsə çox əsəb kecirdim, axri elə bitməməli idi

Qurban Mustafayev, vaxt sərf edib oxuduğunuz üçün təşəkkür edirəm. Ancaq əsərin axırının elə tərzdə bitməsi Azərbaycanda olan mövcud vəziyyət ilə əlaqədardır. Yəni oxuyucuya fikir sətraltı çatdırılıb. Eyni zamanda əsərin məğzini anlamaq oxucunun öz öhdəsinə buraxılıb. Təşəkkürlər, hörmətlə müəllif.

  • 23 sentyabr 2022 21:55
  • Status: İstidafəçi xətdə deyil