KitabYurdu » Kitab » Biologiya » Reptillərin ekologiyası


Şeçilmişlər Reptillərin ekologiyası

Reptillərin ekologiyası PDF
ADI:
Reptillərin ekologiyası
REYTİNQ:
  • +15
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2010
ÖLÇÜSÜ:
6.44 MB
Dərs vəsaitində Reptililərin ekologiyasına - sistematikasına, yayılmasına, biosenozda və insan həyatında roluna və s. dair materiallarla yanaşı, onların müasir durumu və mühafizə problemləri öz əksini tapmışdır.
Vəsait ali məktəblərin biologiya ixtisası üzrə təhsil alan magistrantları üçün nəzərdə tutulmuşdur. Kitab həmçinin bakalavrlar, bu sahədə elmi iş aparan tədqiqatçılar və ekologiya ilə maraqlananlar üçün dəyərli mənbə ola bilər.
Yer kürəsində əhalinin sürətlə artdığı müasir dövrün ən mürəkkəb vəzifələrindən biri canlı təbiətin məhvi prosesini ləngitməkdir. Bu, öz növbəsində insan tərəfindən yeni landşaftların tutulmasına gətirib çıxarır. Arid zonaların və bitki örtüyünün siması dəyişərək vəhşi heyvanların, həmçinin də reptililərin yaşaması üçün yararsız olan süni əkinlərlə əvəz olunur. Daha çox təhlükəli olan isə insanların reptililərə - «əhəmiyyəti aydın olmayan varlıqlara» münasibətidir. Əhalinin böyük bir hissəsinin ilanlar, kərtənkələlər və reptililərin digər nümayəndələri haqda məlumatsızlığı onların amansız məhvinə gətirib çıxarır.
Təqdim olunan bu kitabda oxucuların diqqəti reptililərin yayılmasına, davranışına, ekologiyasına, biosenozda və insan həyatında əhəmiyyətinin açıqlanmasına yönəlmişdir. Ümid edirik ki, ali onurğalılarm nəsil ağacının kökü olan bu canlılarla daha yaxından tanışlıq oxucuların onlara münasibətini dəyişəcək.