» » Məhəmməd Əmin Rəsulzadə Əsrimizin Siyavuşu


Şeçilmişlər Məhəmməd Əmin Rəsulzadə Əsrimizin Siyavuşu

Məhəmməd Əmin Rəsulzadə Əsrimizin Siyavuşu PDF
ADI:
Əsrimizin Siyavuşu
REYTİNQ:
  • +6
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
-
ÖLÇÜSÜ:
267 KB

MilliAzərbaycan nəşriyyatının ikinci sayısını təşkil edən burisaləmizin özünə məxsus bir macərası vardır. Bu macəra özü– özülüyündə bir mövzu təşkil etməklə birlikdə,əsrimizdə görülən həyəcan və təsirləri izah baxımından dadiqqətə layiqdir. ―Əsrimizin Səyavuşu müəyyən bir məqsədlə,vətənimizin, ictimai – fikrimizin və inanımızın düşmənlərinəqarşı xüsusi bir düşmənlik yaratmaq məqsədiylə, əvvəlcədəndüşünülmüş bir əsər deyildir.

Nəşriyyatımızınilk sayısını təşkil edən ―Azərbaycan CümhuriyyətiniTürkiyənin mətbuat aləmində gördüyümüz bir əksikliyiqüdrətimiz daxilində ortadan qaldırmaq məqsədiylə, nəzərdətutulmuş bir planla yazmışdıq. Halbuki ―Əsrimizin Səyavuşubelə bir müəyyən məqsəd və planla yazılmamışdır.

Bizonun necə yazıldığını, nə kimi şərtlər içində vücudagəldiyini qısa da olsa, anlatmasaq da, əsərin nə üçün vəhansı hədəflə yazıldığını aydınlaşdıra bilməyəcəyimizihiss edirik. Bunun üçün möhtərəm oxucularımızın icazəsi iləmacəra həyatımızdan bir qismini nəql edəlim:

Bolşevikistilası kədərli - ələmli bir fakt idi. Bir aya qədər Bakıdasaxlandıqdan sonra, bir arkadaşla bərabər Bakını tərk etmiş,Gürcüstana keçmək üçün yola çıxmışdıq.

Hadisələrvə təsadüflər bizi bir çox dağları və dərələrigəzdirdikdən sonra Şamaxı qəzasında Lahıc adında tanınmışbir qəsəbədə saxlanmaq məcburiyyətində buraxmışdı. Lahıcdabir vətəndaşın evində müsafir idik. Bu evdə kiçicik birkitabxana vardı.

Birqismi farsca, bir qismi türkcə, bir qismi də rusca kitab vədərgilərdən ibarət olan bu kitabxananın, məncə ən diqqətəlayiq cildi Firdovsinin ―Şahnaməsi idi. ―Şahnaməni razılıqalıb oxumağa başladım.

Şərqinən böyük romantik əsəri o zaman çox həssas olan ruhumu istilaetdi. Keçirdiyimiz macəralı həyatı şairanə bir surətdə,qarşılıqlı şəkildə yaşayan necə hekayələr, necədastanlar, necə tiplər, necə fəlsəfələr vardı. Bunlarınyanında marağımı ən çox cəlb edən və ruhumun ən həssasnöqtələrinə qədər nüfuz edən bir hekayəydi: ―Siyavuşdastanını oxudum.