KitabYurdu » Kitab » Neft, qaz və neft kimya sənayesində Yanğın təhlükəsizliyi Qaydaları


Şeçilmişlər Neft, qaz və neft kimya sənayesində Yanğın təhlükəsizliyi Qaydaları

Neft, qaz və neft kimya sənayesində Yanğın təhlükəsizliyi Qaydaları DOC
ADI:
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
REYTİNQ:
  • -1
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2012
ÖLÇÜSÜ:
2.46 mb
AZƏRBAYCAN RESPUBLİKASI FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ
SƏNAYEDƏ İŞLƏRİN TƏHLÜKƏSİZ GÖRÜLMƏSİ VƏ DAĞ MƏDƏN NƏZARƏTİ DÖVLƏT AGENTLİYİ
AZƏRBAYCAN RESPUBLİKASI ƏMƏYİN MÜHAFİZƏSİ VƏ TƏHLÜKƏSİZLİK TEXNİKASI ELMİ TƏDQİQAT İNSTİTUTU 


1.1.1. Bu Qaydaların tələblərinin yerinə yetirilməsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft, qaz və neft kimya sənayesinin bütün müəssisə və təşkilatları üçün məcburidir.
1.1.2. Bu Qaydaların tələblərinə Dövlət Neft Şirkətinin fəaliyyətdə olan obyektlərinin istismarında, təmirində və yenidən qurulmasında riayət olunmalıdır.
1.1.3.Meşəlik sahələrində yerləşən neft və qaz sənayesi müəssisələrində bu Qaydalardan əlavə AR DİN Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi tərəfindən 15 aprel 2003-cü il tarixində təsdiq olunmuş “Azərbaycan Respublikası meşələrində yanğın təhlükəsizliyi Qaydaları”nın tələblərinə riayət edilməlidir.
1.1.4. Tikinti-quraşdırma işlərinin aparılmasında “Tikinti-quraşdırma işlərində yanğın təhlükəsizliyi Qaydaları”nın tələblərinə riayət olunmalıdır.
1.1.5. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq müəssisə və təşkilatlar yanğından icbari sığorta olunmalıdırlar.
1.1.6.Yanğın təhlükəsizliyi sahəsində xidmətlərin və işlərin görülməsi fəaliyyəti ilə məşğul olan  müəssisə və təşkilatlar xüsusi razılıq (lisenziya) almalıdırlar.