KitabYurdu » Kitab » Təcrübəçi Tələbələrə kömək (təkmilləşdirilmiş yeni nəşr)


Şeçilmişlər Təcrübəçi Tələbələrə kömək (təkmilləşdirilmiş yeni nəşr)

Təcrübəçi Tələbələrə kömək  (təkmilləşdirilmiş yeni nəşr) PDF
ADI:
Təcrübəçi Tələbələrə kömək (təkmilləşdirilmiş yeni nəşr)
REYTİNQ:
  • +9
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2017
ÖLÇÜSÜ:
1 mb
GİRİŞ. PEDAQOJİ TƏCRÜBƏNİN MÜƏLLİM HAZIRLIĞINDA ƏHƏMİYYƏTİ Müstəqil  Azərbaycan  Respublikasının  Təhsil Qanunu  təlim  prosesinin  forma  və  məzmununun dəyişdirilməsini  və  müasir  dövrün  tələblərinə  uyğun qurulmasını  müəllimlər  qarşısında  bir  vəzifə  kimi qoymuşdur.  Bu  tələbi  lazımı  səviyyədə  yerinə  yetirmək üçün  müəllim  hazırlığına  xüsusi  diqqət  yetirilir.  Kadr hazırlığı  Pedaqoji  Universitetlərin  vəzifəsi  oldu-ğundan gələcək  müəllimlər  olacaq  tələbələrin  nəzəri  biliklərə  və pedaqoji  təcrübə  zamanı  əldə  edəcəkləri  bacarıqlara yiyələnmələri  xüsusi  diqqət  mərkəzində  saxlanılır. Pedaqoji  təcrübə  müəllim  peşəsinə  yiyələnmək  üçün yerinə  yetiriləcək  tədris-təcrübə  meydanıdır.  Tələbələr təcrübə  zamanı  nəinki  nəzəri  biliklərini  təcrübəyə  tətbiq edir,  eyni  zamanda  müxtəlif  qabaqcıl  fənn  müəllimlərinin dərslərini dinləməklə, müəllim  peşəsinin  sirlərinə yiyələnir  və  zaçot  dərslərini  tədris  etməklə  özlərini sınaqdan  keçirirlər.  Hər  bir  təcrübəçi  tələbə  təcrübə zamanı  “fənn  müəllimi”,  “sinif  rəhbəri”,  “dərnək  rəhbəri” və  “kabinet  müdiri”  kimi  çıxış  edir.  Məktəb  rəhbərliyinin işinin xarakterik  xüsusiyyətlərini,  müxtəlif  məktəb sənədləri  ilə  tanış  olaraq,  onların  tərtib  edilmə  qaydalarını öyrənirlər.  Fənn  viktorinalarının,  fənn  gecələrinin,  fənn həftəsinin  keçirilməsinin  icra  mexanizminin  tətbiqi bacarığına  yiyələnirlər.  Məktəbin  idarə  olunması,  məktəbvalideyn  əlaqə-lərinin  mahiyyətini  dərk  etməklə  yanaşı,  bu əlaqələrin  nə  dərəcədə  əhəmiyyətli  olmasını  öyrənirlər. Məktəbin fənn metodbirləşməsinin, pedaqoji və direktoryanı  şuraların  məktəb  həyatındakı  rolunu  və  hər bir  fənn  müəlliminin  peşəsindəki  əhəmiyyətini  dərk edirlər.  Beləliklə,  pedaqoji  təcrübə  müasir  fənn  müəllimlərinin kadr  hazırlığında  əvəzsiz rol  oynayır.