KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Çak Palanik Layla


Şeçilmişlər Çak Palanik Layla

Çak Palanik Layla PDF
ADI:
Layla
REYTİNQ:
  • +20
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
-
ÖLÇÜSÜ:
1.5 MB

Əvvəlcə yeni sahiblər özlərini elə aparırlar ki, guya qonaq otağının döşəməsinə baxmırlar. Daha doğrusu, evə birinci dəfə baxılanda, əşyalar daşınanda olduğu kimi xüsusi diqqət yetirmirlər.

Onlar otağı ölçür, divanı, pianinonu hara qoymağa göstəriş verir, qutuları açırlar və bütün bu qarışıqlıqda qonaq otağının döşəməsinə baxmağa vaxtları olmur. Özlərini elə aparırlar.

Sonra isə elə ilk səhər yeni ünvanda aşağı düşür və palıd ağacından qayrılmış parketdə bax bu yazını oxuyurlar:

RƏDD OLUN!

Yalnız sahiblər özlərini elə göstərirlər ki, guya bu, dostlardan hansınınsa zarafatıdı. Başqaları əmindirlər ki, bunun səbəbi yükdaşıyana əlavə pul verməmələridir.

Daha iki gecə sonrasa ev sahibinin yataq otağının şimal divarından uşaq ağlaması eşidilməyə

başlayır.

Adətən, onlar elə onda zəng edirlər.

Telefondakı növbəti yeni ev sahibi bu səhər bizim qəhrəmanımız Elen Huver Boyla lazım olan şəxs deyil.

Ona lazım olan telefondakı bütün bu kəkələmə və hönkürtülər də deyil.

Ona lazım olan daha bir fincan qəhvə və yeddi hərfli ev quşudu. Ona hadisələrdən xəbər tutmaq üçün polis tezliyini müəyyən edən skanerə qulaq asmaq lazımdır. Nə qədər ki katibə qapının ağzında görünməyib, Elen Boyl barmaqlarını şıqqıldadır. Bizim qəhrəmanımız hər iki əliylə telefon dəstəyini örtüb radioskanerə deyir:

— Kod doqquz-on birdi.

Mona adlı katibə çiyinlərini çəkib soruşur:

—     Sonra?

O, müraciət kitabçasını yoxlayıb cavab verir:

—     Sakit ol. Bu, mağaza oğurluğudu.

Qətllər, intiharlar, silsiləli qətllər, təsadüfi doza

artırmalar barədə qəzetlərin ilk səhifələrinə məlumat düşməsini gözləmək olmaz. Başqa bir vasitəçinin səni növbəti perspektivli müştəri uğrunda yarışmada geri qoymasına yol verməməlisən.

Elenə lazımdır ki, Krestvud-terrasdakı 325 Ns-li yeni sahibi, heç olmasa, bircə dəqiqə sussun.

İnformasiyaMüəllif hüquqları ilə əlaqədar olaraq materialın yükləmə e-keçidi saytdan silinmişdir.