» » Zaur Bayramoğlu - Öz üzərində qələbə


Şeçilmişlər Zaur Bayramoğlu - Öz üzərində qələbə

Zaur Bayramoğlu - Öz üzərində qələbə PDF
ADI:
Öz üzərində qələbə
REYTİNQ:
  • +4
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2019
ÖLÇÜSÜ:
2.27 Mb
İmperializm əsarət altına saldığı, ya da dolayı yolla istismar etdiyi xalqların dirçəlməsini, onların siyasi, iqtisadi və mədəni yöndən gəlişməsini əngəlləməyə çalışar. Biz bunu son iki yüz on dörd ildə yaşadığımıza görə yaxşı tanıyırıq. Bəs biz son iki yüz on dörd ildə, yəni Rusların bu torpaqlara qalıcı gəlişindən sonra nə yaşamışıq? Və ya nələri yaşamaqdan məhrum buraxılmışıq? Bu, tarixçilər, sosioloqlar və digər elm sahələri ilə məşğul olan alimlərin araşdırmalı olduqları hadisədir, ancaq mən bu əsərdə üç məsələyə bacardığım qədər bədii şəkildə toxunmağa çalışdım: 1. Milli şüurumuzun məhv edilərək millətləşmə prosesimizin ləngidilməsi; 2. Hərb sənətindən uzaqlaşdırılaraq genlərimizdən gələn döyüşkənlik ruhumuzun sarsıdılması; 3. Rüşvət və korrupsiya çirkabına bataraq daim bir-birinin ayağının altını qazan, nəinki qonşularıından, hətta qohumlarından belə çuğulluq etməyə çəkinməyən şəxsiyyətsiz toplum yaradılması… Bəs yadellilər buna nail ola bildilərmi? Təəssüf ki, böyük ölçüdə nail ola bildilər, bu işlərində onlara iki yüz on dörd il kimi uzun sayıla biləcək bir zaman dilimi və bu torpaqlara qonşu ölkələrdən köçürdükləri Haylar da yardım hadisələrin sonrakı gedişində Nadir şah Rusları bölgədən qovub çıxardığından, onlar Rusların xidmətinə girə bilmək üçün sonrakı əsri gözləməli olmuşlar. 1828-ci ildən sonra isə Rus imperializmi yuxarıda da toxunduğum üç maddəlik etnik eroziya planından istifadə etməyə başladı. Bütün imperiyalar müstəmləkələri üzərində hakimiyyətlərini sonsuzadək davam etdirə bilmək üçün bu üsullara əl atırlar. Lakin unudulmamalıdır ki, imperiyaların ömrü əbədi deyil. Zamandaşlarının sonsuzadək sürəcəyini düşündüyü nəhəng imperiyaların hamısı bir gün bu dünyadakı ömrünü tamamlayaraq, tarix səhnəsindən silinib getməyə məhkumdur. Torpaqları üzərində günəş batmayan Britaniya imperiyasından Osmanlılara, Roma imperiyasından Misir fironlarına kimi tarix necə böyük imperiyalar görmüş, nə möhtəşəm dövlətlərə şahidlik etmişdir. Ancaq indi onların hər biri ya tarixçilər üçün tədqiqat mənbəyi, ya da varislərinin iftixar hissi ilə bəhs edəcəyi əfsanələrdən başqa bir şey deyillər. Şübhəsiz ki, Rus imperiyasının da sonu belə olacaqdır, lakin Ruslar sərhədlərini öz tarixi torpaqlarına çəkmədən öncə ən böyük zərbəni məhz biz Türklərə vurmaqda qərarlıdırlar. Təəssüf ki, ta Krımdan Qafqaza, Uraldan Uzaq Şərqədək Rus şovinizminin zülmü altında inləyən Türk xalqlarının böyük əksəriyyəti assimilyasiya siyasəti ilə üz-üzədirlər... Bu gün postsovet məkanının böyük qismi ilə bərabər vətənimizdə də Rus nüfuzu hiss olunmadan artmaqda, yavaş-yavaş həyatımızın hər nöqtəsinə daxil olmaqdadır. Adi şirkətlərin telefon robotlarının belə dəstəyi qaldıran kimi “Azərbaycan dili üçün 1, Rus dili üçün 2 düyməsini sıxın”, - deyə cavab vermələri əslində çox şeyi anlatmaqdadır. Bəs biz buna qarşı hansısa tədbirləri görürükmü? Ən azından, həmin şirkətlərə zəng edərək narazılığımızı bildirir və ya bu şirkətlərin xidmətlərindən imtina edirikmi? Təəssüf ki, istisnaları çıxmaq şərti ilə, xeyr. Bu isə özlüyündə bizim milli şüurumuzun inkişaf etmədiyini göstərməkdədir. Bəs çıxış yolu yoxdurmu? Əlbəttə, var. Cəmiyyətimizdəki naqislikləri aradan qaldırmaq, milli şüurumuzu inkişaf etdirmək və milli özünüdərk prosesinə təkan vermək üçün cəmiyyətin hər bir fərdi öz üzərinə düşən öhdəlikləri bilməli, birlikdə əl-ələ verərək ayağa qalxmaq üçün mübarizə aparmalıdırlar. İstiqlalımızın ilk illəri ilə müqayisədə həm sosial baxımdan, həm də ordu quruculuğunda xeyli irəlilədiyimizi deyə bilərəm. Yaxşı xatırlayıram, hətta doxsanıncı illərin sonlarında belə milli ordumuzda çatışmamazlıqlar indiki dövrlə müqayisə edildiyində sadəcə çox deyildi, hətta dəhşətli səviyyədə idi. Əsgər yoldaşlarının və ya üstlərinin öldürdüyü, ya da xəstəliklərdən, distrofiyadan ölən əsgərlər, o cümlədən tez-tez baş verən müəmmalı intiharlar səbəbinə əsgərlik sadəcə əsgərlik olmaqdan çıxmış, eyni yaş qrupundakı gənclərin həyatda qalma mücadiləsi verdikləri arenaya çevrilmişdi. Bu sıxıntıların, işgəncələrin üzərinə əsgərlərin cəmiyyət içində xor görülməsi milli ordumuzun əsgərləri üçün psixoloji işgəncədən başqa bir şey deyildi. Öz əsgərlərimizə qarşı bəslədiyimiz laqeyd münasibətin və onları niyə sevmədiyimizin səbəblərini heç araşdırdıqmı? Təəssüf ki, bu barədə nə ictimai araşdırmalara, nə də bulvar verilişləri ilə dolu olan teleməkanımızda hansısa tok-şouya rast gəlməmişəm. Bəlkə elə bu özü də müxtəlif kanallarda tez-tez özünü göstərən psixoloji hərb tərəfindən əngəllənməkdədir, bilmirəm… Biz on illər boyu hərbi xidmətdən uzaq tutulduq, sonrakı on illərdə isə şüuraltımıza yerləşdirilmiş “əsgərlik pisdir” yanaşımı sayəsində hərbi xidmətə yollanarkən döyüş bölmələrində deyil, inşaat taborlarında, ya da təsərrüfat taqımlarında xidmət etməkçün didindik durduq, nəhayət, iyirmi yanvarda günahsız insanlarımızın üzərinə yeridilən tanklar sayəsində ordu, əsgər geyimi millətimizin qınaq obyektinə çevrildi. Bütün bunlar uzun illər boyu düşünülərək planlı şəkildə həyata keçirilən etnik eroziya əməliyyatının başarı ilə sonuclanmış halından başqa bir şey deyildi… Birinci Qarabağ savaşı zamanı könüllü özünümüdafiə taborlarımızın və yeni-yeni yaradılan milli ordu bölmələrimizin Rus dəstəkli Erməni terror dəstələrinə qarşı uğurlu əməliyyatları yüz illər boyu sürən psixoloji hərb nəticəsində aldığımız travmanın qismən silinməsinə kömək etmişdi. Sonrakı dövrlərdə hər şeyə rəğmən, uğurlu sayıla biləcək ordu quruculuğu, rütbəli şəxslərin peşəkarlıqlarının artırılması yolunda atılan addımlar və əsgərlərimizin maddi-texniki təminat səviyyəsinin yaxşılaşdırılması nəinki əsgər geyiminin şüuraltımızda “istənməyən” elan olunmasının qarşısını almış, hətta orduya məhəbbət yaratmaqla qalmayaraq əsgərliyin əsil kişilik məktəbi olduğuna hər kəsi inandırmışdır. Bütün bunların üzərinə bir də son illərdə milli ordumuzun cəbhədə həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində on dörd min hektara yaxın ərazi, o cümlədən iki yaşayış məntəqəsi və onlarca yüksəkliyi düşməndən azad etməsi ordumuzu xalqımıza sevdirmiş, əsgərlərimiz xalqımızın gözündə qəhrəman olaraq görülməyə başlanmışdır. Bütün bunlar, əlbəttə, sevindirici haldır. Amma görüləsi işlər çoxdur və əsgər olmanın, zabit olmanın bir şərəf işi olması xalq, özəlliklə də gənclik içərisində yayılmalı və ordumuza inam, sevgi, yüksək sayğı günlük normaya çevrilməlidir. Bu yolda hər kəs əlindən gələni etməlidir və artıq mən əlimə silah ala bilməsəm də, qələm mənim üçün bir silaha çevrilib və öz yazılarımla ordumuza yardım etməyi özümə borc bilirəm. Oxuculara təqdim etdiyim bu əsərdə yonulmamış, nizamintizama önəm verməyən, oxuduğu universiteti belə qurtarmayan bir gəncin əsgərliyə çağırılaraq ağır sınaqlardan keçməsi, gerçək bir kişilik məktəbi bitirərək yetişməsi və ordu sıralarında mətinləşərək, ixtisaslaşaraq Vətəni qorumağa hazır yüksək səviyyəli bir əsgərə çevrilməsi bədii şəkildə təsvir edilmişdir. Çətinliklər, kəsir və nöqsanlar nə qədər olsa da, bu gəncin bir əsgər kimi özbaşınalıqdan uzaqlaşıb birgəliyə, mənəmlikdən biz mərkəzçiliyə sarılması, bir sözlə, öz üzərində qələbə çalaraq disiplinli bir komanda fəaliyyətinə yiyələnməsi bədii yolla göstərilmişdir. Əsərin necə alınmasını, təbii ki, oxucular deyəcəkdir. Sayğılarımla Zaur Bayramoğlu. 
Anonim Menem
gozel kitabdir
  • 26 iyul 2019 19:21
  • Status: İstidafəçi xətdə deyil