» » Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma


Şeçilmişlər Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma PDF
ADI:
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma
REYTİNQ:
  • -4
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2019
ÖLÇÜSÜ:
5.02 Mb

Neft-qaz yataqları axtarışının səmərəli istiqamətlə­ri­nin müəyyən edilməsində neft-geoloji rayonlaşdırmanın əhə­miy­yəti çox böyükdür. Neft-qaz-geoloji rayonlaşdırma çökün­tü­top­lanma hövzələrinin müxtəlif miqyaslı neftli-qazlı ərazilə­rə bölünməsindən ibarətdir. Əsas məqsədi perspektivli neftli-qazlı ərazilərin müəyyən edilməsi olan bu bölgü sistemində KH-lərin generasiya, miqrasiya və akkumulyasiya kriteri­yaları, eyni zamanda ərazinin mü­asir geotektonik quruluşu, onun geostruktur elementlərinin əsas xüsusiyyətləri və ərazi­də yayılan çöküntülərin litostratiqrafik xüsusiyyətləri də nə­zə­rə alınmalıdır.

Son illərdə alınmış geoloji-geofiziki işlər, eyni za­man­­da müəlliflər tərəfindən müxtəlif neftli-qazlı rayonla­rın geo­loji quruluşlarının paleotektonik təqiqatları və neft-qazlılıq perspektivliklərinin qiymətləndirilməsi üzrə apa­rıl­mış elmi-tədqiqat işlərinin nəticələri əsasında, Azərbay­ca­nın quru ərazisinin müasir regional tektonik quruluşu dəqiq­­ləşdirilmiş və prinsipcə yeni tektonik və neft-qaz-geoloji rayonlaş­dı­rılma aparılmışdır. 

Tərtib olunmuş yeni neft-qaz-geoloji rayonlaşdırmada  müasir struktur-tektonik xüsusiyyətlərlə yanaşı, Mezozoy, Paleogen-Miosen və Pliosen çöküntü komplekslərinin lito­fa­sial xüsusiyyətləri, onların toplandıqları paleotek­tonik şəraitlər nəzərə alınaraq neftli-qazlı və mümkün neftli-qaz­­lı rayonlar ayrılmışdır. Rayonların neft-qaz-geoloji rayon­laşdırma ierarxiyası üzrə daha böyük vahidləri olan neftli-qazlı vilayətə, neftli-qazlı subəyalətə və hansı neftli-qazlı əyalətə mənsub olduğu geoloji cəhətdən əsaslandırıl­mışdır. 

Rayonlaşdırma həm hövzə, həm də struktur-tektonik prinsiplərə əsaslanmışdır. Bu rayonlaşdırma xəritəsinin tər­ti­bi zamanı neft-geoloji rayonlaşmanın böyük bölgüləri hövzə, orta və kiçik vahidləri isə struktur-tektonik prinsipə əsaslanıb. Xəritənin tərtibi zamanı maksimum məlumatla təmin olunmuşdur. Neftli-qazlı rayonların daxilində neftli-qazlı və perspektivli neftli-qazlı zonalar ayrılmış, zonala­rda neftli-qazlı sahələrin yerləşmə xüsusiyyətləri göstəril­miş­dir. 

Aparılmış elmi-tədqiqat işləri nəticəsində Mezozoy, Paleogen-Miosen və Pliosen-Antropogen komplekslərində əsas neftli-qazlı və perspektivli obyektlər ayrılmış, bu obyektlərdə KH-in toplanması, qorunub saxlanılması üçün əlverişli olan struktur və litostratiqrafik tip tələlərdə axtarış-kəşfiyyat işlərinin aparılması təklif olunmuşdur.