» » İsmayıl Rəhmanov - Şuşada görüşənədək


Şeçilmişlər İsmayıl Rəhmanov - Şuşada görüşənədək

İsmayıl Rəhmanov - Şuşada görüşənədək PDF
ADI:
Şuşada görüşənədək
REYTİNQ:
  • +15
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2013
ÖLÇÜSÜ:
1.4 Mb
Azərbaycan xalqının hər bir üzvünün yaşından, dinindən, əmlakından, içtimai mövqeyindən asılı olmayaraq istənilən vaxt torpaq uğrunda, vətən uğrunda mübarizə aparmağından bəhs edən, vətənpərvərlik və macəra mövzusunda yazılmış kitabdir. Kitabda müxtəlif təbəqələrdən olan bir qrup şəxs təsadüf nəticəsində xəzinə yeri öyrənirlər. Xəzinəni axtarmaq üçün əsərin qəhrəmanları Azərbaycan və tarixən Azərbaycanın olmuş tarixi Azərbaycan torpaqlarına gedirlər və sonda hamı bir yerə toplanaraq xəzinə dalınca gəlmələrinə baxmayaraq Azərbaycanın işğal olunmuş ərəzisinin bir parçasını düşməndən azad edirlər.
İsti iyul ayının axırlarında, avqust ayının əvvəlləridəcamaat nə edir? Qəribə sualdır. Kimi işə gedir, kimi işdən gəlir, bir qismi dənizə gedir, yəni hərə öz işi ilə məşğuldur. Amma bu isti günlərdə günorta vaxtı heç kim qəbiristanlığa ziyarətə getmir. Amma bizim görəcəyimiz yerdə, isti günlərin birində günorta saat ikidə, məzarlığın bir guşəsində 12 nəfər var idi. Ətrafda bir ağac olmadığı üçün, hamı qan-tər içində idi. Bu adamlar alçaq hasara alınmış və içərisində beş qəbir olan sahədə dayanmışdılar.Qəbirlərin üçü təzə, ikisi lap köhnə, ot basmış qəbirlər idi.Köhnə qəbirlərin başdaşlarında ərəb hərfləri ilə yazılar yazılmışdı. Bu iki köhnə qəbirlərin arasında qara saqqallı, bəstəboy, 40 yaşlarında bir kişi dayanıb qəbirlərə baxırdı. Üzünün mimikalarından qəbirlərin yazılarını oxumağa çalışdığı bilinirdi.Bu iki qəbrin yanından bir qədər aralıda, üstündə 4.5.1968-9.2.2003 tarixli, Mikayılov Yusif Əlimirzə oğluna məxsus qəbrin qabağında dörd nəfər 30-40 yaşlarında, qara kostyum geyinmiş adamlar dayanmış və başlarını aşağı salaraq,yanlarında dayanan mollanın oxuduğu “Yasin” surəsini dinləyirdilər. Molla günün istisində qan-tər axıdaraq çox halsızlıqla, olduqca yavaş-yavaş oxuyurdu. Bu, dörd adamdan ikisini çox narahat edirdi, çünki onlar duanın tez qurtarmasını istəyirdilər. Bunu, onların tez-tez saatlarına baxıb dəsmaldan istifadə etmələri göstərirdi. Mikayılov Yusifin qəbrindən bir qəqər irəlidəki qəbrin qabağında cavan qızla bir oğlan dayanmışdı. Onların qarşısında durduqları qəbir lap təzə idi. Qız qəbrin qabağında çox yüksək səslə ağlayırdı. Oğlan isə onu sakitləşdirməyə çalışırdı.Cavanlar arxalarındakı qəbrin yanında “Yasin” oxuyan mollanı gözləyirdilər. Nəhayət beşinci qəbrin qabağında yaşlı bir qadın dayanmışdı. 55 yaşlarında olan bu qadın, qarşısında dayandığı, üstündə Mürvətova Gülbahar Mürşid 8.8.1983-12.8.2003 yazılı daş qəbrin üstünə şirniyyat düzməklə məşğul idi. Qəbrə baxanda məlum olurdu ki, mərhumənin ad günüdür. Sahənin hasara alınmasına baxmayaraq, ziyarətə gələnlər tanış deyildilər və bir-birini birinci dəfə idi görürdülər. Onlardan başqa hasara alınmış sahənin qarşısında, digər qəbirlərlə dolu hasarlanmış sahənin parapeti üstündə iki nəfər adam oturmuşdu. Bu ərazidə bitən tək-tük şam ağacları onların oturduqları yerə az da olsa kölgəsalırdı.Qəbistanlığın yerləşdiyi qəsəbənin sakinlərinin dəli adlandırdıqları buşəxslər, əslində dəli olmayan, sadəcə evsiz-eşiksiz bomj olan, səhər dilənçilik edib, gecələr qəbiristanlıqda gecələyən, içki düşkünü simasız şəxslər idi. Bu saatda qəbiristanlıqda olduqlarınagörə, yəqin hava isti olduğuna görə “işə çıxmamışdılar”. Və nəhayət 12-ci şəxs 30-35 yaşlarında qəbirqazan idi. O, ziyarətə gələnlərin dövrəsində hərlənərək, qəbirlərini təmiz saxlamaq, mütəmadi olaraq təmizləmək adı ilə ziyarətçilərdən pul qopartmaq istəyirdi.