KitabYurdu » Kitab » Nicat Həşimzadə - Qogenin ikinci qadını


Şeçilmişlər Nicat Həşimzadə - Qogenin ikinci qadını

Nicat Həşimzadə - Qogenin ikinci qadını PDF
ADI:
Qogenin ikinci qadını
REYTİNQ:
  • +16
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2014
ÖLÇÜSÜ:
1.08 Mb
Kitabda müəllifin resenziya yazıları, köşələri, hekayələri toplanıb. "Qogenin ikinci qadını" müəllifin ilk kitabıdır.
"Bir qadın bir kişiyə nifrət etdiyini tez-tez təkrar edirsə o kişini sevir, ya da tezliklə sevəcək." Qadınlar qayğıkeş ərə nəvaziş göstərir, alicənablığını qiymətləndirirlər, vəhşi kişi tipinisə sevirlər. Mister Striklend arvadı Missis Striklendi naməlum səbəbə görə tərk edir. Qadın ərinin başqa qadınla qaçdığını düşünür. Mister Striklend birja dəllalıdır. Gəliri çox olmasa da ailənin ehtiyaclarını ödəyir. Sonra Mister Striklendin getmə səbəbi aydınlaşır. Rəssamlıq sevdasına düşən keçmiş birja dəllalı keçmişə aid hər şeyi yaddaşından silib, yeni həyata başlamaq istəyir. Ömür o qədər uzun deyil ki, həyatını həm sevgiyə, həm də incəsənətə sərf edəsən – prinsipini qəbul edən Striklend beləcə Londondan Parisə gedir. Mister Striklend post-impressionist fransız rəssam Pol Qogenin proobrazıdır. Van Qoqla Qogen yaxın dost olublar. Bu haqda İrvinq Stounun “Yaşamaq yanğısı” povestində də məlumatlar var. Həm Van Qoq, 8 həm də Qogen maddi məhrumiyyətlər yaşamış, həyatlarını ehtiyac içində başa vurmuşlar. Biri intihar etmiş, digər isə sifilisdən ölmüşdür. Hər iki dahi rəssam öldükdən sonra məhşurlaşıb, əsərləri yüksək məbləğə satılıb. Mister Striklend incəsənət naminə xoşbəxt həyatdan imtina edib məhrumiyyətlərlə zəngin olan rəssam həyatını seçir. Dirk Stryov ondan fərqli olaraq öz rəsmlərini sata bilir. Xəstə olduğu zamanlarda Striklendə dəstək olur. Ona evində qulluq etmək üçün arvadına yalvarır. Blanş Stryov ərinin təkidlərindən sonra razılığını bildirir. Lakin, Sriklend mərhəmətə qarşı biganə, insanlığa qarşı laqeyd münasibət göstərir. Xanım Blanşla eşq macərası yaşayır. Ona xeyirxahlıq edən Stryovun arvadını yoldan çıxarır. Ona görə macəra dedim ki, Striklend Blanşı sevmir, eşq duyğusu onun üçün cəfəngiyyatdır. Blanşdan əyləncə məqsədi ilə istifadə edir. Stryov isə sentimentallığını qoruya bilməsə də alicənablığını itirmir. Rəssam Striklenddən etinasız münasibət görən xanım Blanş intihar etməyə cəhd edir.....