KitabYurdu » Kitab » Rövşən Yerfi - Qadın düşərgəsi


Şeçilmişlər Rövşən Yerfi - Qadın düşərgəsi

Rövşən Yerfi - Qadın düşərgəsi PDF
ADI:
Qadın düşərgəsi
REYTİNQ:
  • +38
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2010
ÖLÇÜSÜ:
604 Kb
Kitаbdа qаdın islаh-əmək düşərgəsinə düşmüş qаdınlаrın tаlеyindən, düşərgələrdəki həyаt tərzindən, ən əsаsı isə qаdınlаrı belə yerlərə düşməyə gətirən səbəblərdən bəhs еdilir. Pоvestin bu mövzudа yazılmış digər əsərlərdən böyüк bir fərqi də оnlаrın хidmət əməkdаşı tərəfindən qələmə аlınmаsıdır.
İstəkli oxucum! “Qadın düşərgəsi” mənim qadın cəza evindən bəhs edən ilk əsərimdir. Etiraf edirəm ki, xırdalamaq istəmədiyim müəyyən səbəblər üzündən bu əsərdə haqqında danışılan zindan həyatının dərinliklərinə lazımi qədər vara bilməmişəm. Lakin, ümidimi itirmirəm. Allah nəsib edərsə ürəyimdə qalanları oxuduğunuz povestin davamı kimi böyük məmnuniyyətlə Sizlərə çatdırmaq arzusundayam. Bu kitab qadınlara həsr olunsa da əslində onu kişilər üçün yazmışam. Kitabda hər iki əsərin – “Qadın düşərgəsi”nin və “Sel”in başlıca aparıcı xətti qadın tənhalığıdır. Demək istədiyim budur ki, mənim fikrimcə qadın tənha, kimsəsiz, özbaşına olmamalıdır. Qadının mütləq, həmdərdi olan kişi istəklisi, ona qədər də, azından arxa olan, qardaşı və atası olmalıdır. Onlar olmadıqda, yaxud da dəyərsiz və ya ləyaqətsiz olanda o, gec-tez bədbəxtliyə yuvarlanır. Bədbəxtliyin sonu isə bəzi hallarda faciəyə gətirib çıxarır. Elə buna görə də hər iki əsər faciə ilə bitir. Əlbəttə, hesab edirəm ki, qadınların belə ağır, çətin vəziyyətlərə düşməsi təkcə öz günahlarının deyil, eyni zamanda onlarla bir mühitdə yaşayan kişilərdəki çatışmazlıqların, qüsurların nəticəsidir. Sonda üzümü bir daha kişi oxucularıma tuturam: Gəlin gələcəyimizi düşünək, qadınlarımızın, vətənimizin, özümüzün qədrini bilək. Unutmayaq ki, dünyanın heç bir qadını bizim üçün Azərbaycan qadınının yerini verə bilməz.