» » Asim Arazlı - Həyat yükü


Şeçilmişlər Asim Arazlı - Həyat yükü

Asim Arazlı - Həyat yükü PDF
ADI:
Həyat yükü
REYTİNQ:
  • +9
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÖLÇÜSÜ:
208 Kb
Yağış sularının döyəcələdiyi yolun ortasında, maşınların təkərləri altında qalan, tamamilə islanmış boz küçə pişiyini və anasının yolun ortasında can verməsini izləyən balaca pişik balasını bəlkə də heç kəs görmürdü,ya da görməzdən gəlirdi.Pişik balası anasının ətrafında pərvanə kimi fırlanırdı.O,da islanmışdı.Hərdən ağzını açıb,sanki ətrafdakı insanları köməyə səsləmək istəyirdi,lakin deyəsən, onu heç kəs görmürdü.Bu balaca canlı doğurdan da nə edəcəyini bilmirdi,anasının əzilmiş bədənindən yağış sularına qarışıb ona tərəf gələn qanlı suyu gördükdə geri qayıdırdı,sanki anası öz qanıyla balasını müdafiə etməyə çalışırdı,ilahi, görəsən, bu təsadüfdür,yoxsa həqiqətən bu boz küçə pişiyi son damla qanını belə balasının xilası üçün sərf edir,bu qanlı su niyə məhz balaca pişik balası tərəfə axır,niyə bu balaca pişik balası yağış suyuna qarşmış anasının qanından hürkürdü,qulağını şəkləyib, yağış suyuna gözünü dikmişdi,o tərəf bu tərəfə addımlayırdı,hər cəhdlə anasına tərəf getmək istəyirdi,maşınlar isə dayanmır,sürətlə gəlib bu pişik balasının yanından ötüb keçirdilər,ilahi elə bil bu pişik balasını nəsə qoruyur,bu qəddar təkərlər ondan cəmi bir neçə santimetr qıraqda şütüyürdü.Balaca pişik balası anasını burda qoyub getmək istəmirdi.Anası sağ idi..hərəkətsiz qalsada,tüklü bədəni hərdən azacıq yuxarı qalxıb enirdi,ağzından və bədəninin partlamış hissəsindən qan gəlirdi.Balaca pişik balası,o,doğurdan da çox zəif idi,anasının əzilmiş cəsədini maşın təkərlərinin altından çəkib çıxarda bilmirdi,nə də dil açıb insanlara ”mənim anamı ölməyə qoymayın” deyə bilirdi,heç nə edə bilmirdi və nəhəyət gözlərinin qarşısında anasını son dəfə nefes almağını gördü ,anası artıq acı çəkmirdi,amma sanki islanmış pişik balası yenə ondan əl çəkmək istəmirdi,suya qarışmış qan isə hər saniyə ona biraz da yaxınlaşıb,onu yolun qırağına qovmaq istəyirdi.
Əli İbrahimov
45 dəq əvvəl yükləyib indi bitirdim,yaxşıdır maraqlıdır amma azdır... mövzu isə çoxmuzun bildiyi şeylərdir... uğurlar
  • 16 avqust 2018 12:17
  • Status: