» » Sultan Məmmədov Masonluq: Dünyanı idarə edən qüvvə


Şeçilmişlər Sultan Məmmədov Masonluq: Dünyanı idarə edən qüvvə

Sultan Məmmədov Masonluq: Dünyanı idarə edən qüvvə PDF
ADI:
Masonluq: Dünyanı idarə edən qüvvə.
REYTİNQ:
  • +10
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2007
ÖLÇÜSÜ:
667 KB
Masonluq: Dünyanı idarə edən qüvvə. Tanınmış ictimai xadim, Azərbaycan Respublikası Milli Məclisinin sabiq üzvü Sultan Məmmədovun bu kitabında gizli fəaliyyət göstərən beynəlxalq mason təşkilatının tarixindən, mahiyyətindən, məqsəd və quruluşundan, bugünkü vəziyyətindən söhbət açılır. Kitab geniş oxucu üçün nəzərdə tutulmuşdur.
İnsanlar tarix boyu dünyanı, baş verən ictimai, siyasi və mədəni prosesləri idarə edən gizli qüvvələr haqqında məlumat almağa böyük maraq göstəriblər. Neçə yüz illər ərzində üzə şıxan mistik ədəbiyyat nümunələri bu sonsuz insan marağının bariz nümunəsidir. İlk genişmiqyaslı gizli təşkilatların yaranmasını pifaqorçuluq, Solomin (Süleyman) peyğəmbərlə bağlasalar da, XVIII yüzilin əvvəllərində masonluğun meydana çıxması bu marağın daha da artmasına səbəb oldu. Təxminən iki yüz ərzində beynəlxalq mason təşkilatlarının fəaliyyəti ilə bağlı yüzlərlə kitab yazılmış, dövri mətbuatda saysız-hesabsız məqalələr çap olunmuşdur.
Tanınmış ictimai xadim, ziyalı, sabiq millət vəkili, Milli Məclisin komissiya sədri olmuş köhnə dostum Sultan Məmmədovun "Masonluq: Dünyanı idarə edən gizli qüvvə" kitabı da məhz bu marağın nəticəsi kimi meydana çıxmışdır. Artıq açıq fəaliyyətə keçmiş, müəllifin təbirincə desək, "bədəninin yarısı yerin altında, yarısı aşkarda olan Sfinksi xatırladan" bu beynəlxalq gizli təşkilat haqqında ABŞ, İngiltərə, Fransa, Türkiyə, Rusiyada... çoxsaylı araşdırmalar aparılmış, kitablar nəşr edilmişdir. S.Melqunovun "Masonluğun tarixi", L. Zamayskinin "Mason məbədinin arxasında", N.Berberovanın "Adamlar və lojalar", V.Başilovun "Müasir masonluq", Harun Yəhyanın "Yəhudilik və masonluq", T.Marrsın "İllüminati: İntriqa çəmbəri“ kimi kitablar geniş yayılmış, ma-sonluğun tarixi, quruluşu, fəaliyyət prinsipi, dünyada gedən ictimai-siyasi və mədəni proseslərə təsiri haqqında faktlar və sənədlər əsasında araşdırmaları oxuculara çatdırmışdır.