KitabYurdu » Hekayələr » İlham Qəmli - Dağlar mənə bir qucaq aç


Şeçilmişlər İlham Qəmli - Dağlar mənə bir qucaq aç

İlham Qəmli - Dağlar mənə bir qucaq aç PDF
ADI:
Dağlar mənə bir qucaq aç
REYTİNQ:
  • 0
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2020
ÖLÇÜSÜ:
947 kb

Bu kitab Gədəbəydə doğulub boya-başa çatmış, hal-hazırda Gəncə şəhərində yaşayan, İlham Qəmli təxəllüsü ilə tanınan İlham Məhəmməd oğlu Cavadovun üçüncü kitabıdır. Ümidvarıq ki, el şairinin bu kitabı da əvvəlki kitabları kimi, qəlbi vətənpərvərlik hissi ilə döyünən, poeziyaya ürəkdən bağlı olan oxucuların qəlbinə yol tapacaq.

Şair İlham Cavadovun (İlham Qəmlinin) ünvanına yazılan və deyilən bu xoş sözlər hələ nədir ki... Onun şəxsiyyəti haqda da, alicənablığı haqda da nə qədər istəsək, səmimi sözlər yaza bilərik. O, hər bir ürəkdən gələn xoş sözlərə layiq, vətənpərvər, təbiət vurğunu, qəlbi sevgi-məhəbbətlə dolu bir şairdir. Şairin şeirləri zərif, kövrək və insani duyğulu olduğu üçün, oxucunu duyğulandırmağa, düşündürməyə, ruhlandırmağa və Vətənə olan məhəbbəti daha da coşdurmağa vadar edir. İlham Qəmlinin ibrətamiz saf fikirləri, arzuları, nəsihət dolu kəlamları oxucunu öz təsirinə salmamış olmur. Şair təbiət haqda yazmış olduğu şeirləri elə təsvir etmişdir ki, hər bir oxucu bu şeirləri oxuyanda özünü orada, o təbiətin qoynunda hiss edir.