» » Asim Arazlı - Şopenin melodiyası


Şeçilmişlər Asim Arazlı - Şopenin melodiyası

Asim Arazlı - Şopenin melodiyası PDF
ADI:
Şopenin melodiyası
REYTİNQ:
  • +3
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2018
Hər axşam bu sakitlik olur.. sanki bütün nə olacaqsa oturub bu sakitliyin yaranmasını gözləyir.Qarşıma o qədər kağız-kuğuz tökülüb ki,onları əlimlə qırağa itələyib, təzədən nəsə yazmağa cəhd etməyə həfəsim yoxdur..Son günlər çox gərginəm..səbəbini bilmirəm indiyədək çox sıxıntılı vəziyyətə, amma beləsi olmamışdı. Üstəlik bu gün səhərdən başlayan diş ağrısı.. elə bil hər ötən saniyədə damağıma iynə sancırlar..dərman içməkdən mədəm də pis vəziyyətə qalıb.. çəkdirməyə də ürəyim gəlmir.. işə bir bax, ağrını da yavaş-yavaş dadmağı üstün tuturam.. Yenidən dişimdə ağrı hiss etdim, dişimə iynə sancılan kimi özümü saxlaya bilməyib tez ayağa qalxdım,geri çevrildim,arxamdakı şkafı açıb dərman götürmək istəyirdim ki, əlim boşa keçdi.Tez stolun üstünə tulladığım telfonun düyməsini basaraq gözlərimi ekrandakı saat rəqəmlərinə zillədim..biraz içimdə arxayınlıq yarandı.. şükür, aptekin açıq olmağına ümid var.. tez qaçıb dərman almağı fikirləşdim yoxsa bu iynə kimi damağıma sancılan ağrılara uzunlu gecəni dözə bilməzdim.Bayırda güclü yağış yağırdı.. ona görə də papağı da götürüb, necə gəldi başıma keçirdib,evdən çıxdım.Blokdan bir addım qırağa çıxan kimi yağış damcılarının hücumuna məruz qaldım.. yağış güclü yağırdı, həzn yağırdı.. çox həzn idi..hər bir damlası həzn idi. Sanki bütün yer, bütün asfalt, bütün torpaqlar bir piano şəklində idi.. Həmin pianonun dilimləri isə bu yağış damcılarının hücumuna tuş gəldikcə həzn melodiya eşidilirdi.. mən buna əmin idim..həqiqətən melodiya eşidirdim.. son vaxtlar Şopenə aludə olmuşdum, hezn melodiya..