» » » Polimer materialları üçün antioksidantlar


Şeçilmişlər Polimer materialları üçün antioksidantlar

Polimer materialları üçün antioksidantlar PDF
ADI:
Polimer materialları üçün antioksidantlar
REYTİNQ:
  • +10
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2009
ÖLÇÜSÜ:
11.5 MB
Yaxşı məlumdur ki, termiki, oksidləşdirici, fotolitik, radioktiv, hidrolitik, bioloji və bu kimi qocalma proseslərini aradan qaldırmaq nöqteyi-nəzərindən üzvi birləşmələr, polimerlər, kompozisiya və materiallara əlavələr kimi bir sıra kimyəvi birləşmələrdən praktikada geniş istifadə olunur. Stabilizator, iııgibitor, aııtioksidant, antiozonant, antirad, aşkar, konservant, işıq absorberləri adlanan bu birləşmələr müxtəlif polimerlərin destruksiya və dağılması prosesini ləngidir, mineral sürtkü yağlarının istismar müddətini uzadır, motor və reaktiv yanacağlarmm yüksək keyfiyyətinin uzun müddət saxlanmasına kömək edir, yeyinti məhsullarının xarab olması və qaxsımasmm qarşısını alır, dərman preparatlarının istifadə müddətini artırır.
Təqdim olunan monoqrafiyanın başlıca məqsədi bu birləşmələrin mühüm əhəmiyyətini nəzərə alaraq polimer materiallarda istifadə olunan antioksidantların əsas sinifləri haqda xüsusi məlumatları diqqətə çatdırmaqdan ibarətdir. İlk dəfə olaraq spesifik-özünəməxsus antioksidləşmə aktivliyinə malik birləşmələr sırasına sürətlə daxil olan yeni antioksidant sinifləri - fulleren nanoklasterləri və karbon nanoborulan haqda məlumat verilmişdir. Əsas diqqət polimer materialları və kompozisiyaların tərkibində antioksidantların həm aktivliyinin və təsir mexanizminin öyrənilməsinə, həm də onların tətbiq olunması istiqamətinə yönəlmişdir.
Monoqrafiya Web of Science və Web of Kııowledge elektron saytlarının məlumat bazası, həmçinin monoqrafiyanın müəllifinin tədqiqatları əsasında tərtib edilmişdir.
Monoqrafiya polimer materiallarının kimya və texnoloqiyası sahəsindəki alim və mütəxəssislər, aspirantlar və doktorantlar üçün təxsis edilmişdir.
Saytımıza dəstək məqsədi ilə materialları sosial şəbəkələrdə paylaşmağı və rəy yazmağı unutmayın.