KitabYurdu » Kitab » İqtisadiyyat » İSTEHLAK VASİTƏLƏRİ BAZARI PROBLEMLƏR VƏ PEREPEKTİVLƏR


Şeçilmişlər İSTEHLAK VASİTƏLƏRİ BAZARI PROBLEMLƏR VƏ PEREPEKTİVLƏR

İSTEHLAK VASİTƏLƏRİ BAZARI PROBLEMLƏR VƏ PEREPEKTİVLƏR PDF
ADI:
İstehlak vasitələri bazarı: problemlər və perspektivlər
REYTİNQ:
  • +1
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2008
ÖLÇÜSÜ:
2.58 MB
Hazır məhsulun satış forması hesab edilən icarə münasibətlərinin lizinq formasının istehsal vasitələri bazarının idarəedilməsində yeri və rolu, elmi dəlillər və faktiki materiallarla əsaslandırılmışdır. Müəllif lizinq xidməti bazarının inkişafını əngəlləyən bütün sosial-iqtisadi və texnoloji amilləri təyin etməklə respublikanın sənaye potensialının gücləndirilməsi və istehsal vasitələri bazarının zənginləşməsində bu bazarın iqtisadi əhəmiyyətini müəyyənləşdirə bilmişdir.
Daha çox tənzimlənməyə meylli olan istehsal vasitələri bazarının inkişaf istiqamətlərindən birini təşkil edən dövlət tənzimləməsi mexanizmini işləyib hazırlamaq, bu sahədə dövlətin qarşısında duran vəzifələri müəyyənləşdirmək, daha doğrusu, istehsal vasitələri bazarının inkişafını proqnozlaşdırmaq üçün müəllif «Azərbaycanda istehsal vasitələri bazarının inkişafının prioritet istiqamətləri» adlı fəsillə özünün monoqrafiyasına yekun vurmuşdur. Tədqiqatçı əvvəlki fəsillərin məntiqi yekunu kimi respublikamızda sözügedən bazarın inkişaf etdirilməsi üçün hansı tədbirlər sisteminin işlənib hazırlanması və reallaşdırılması yollarını göstərmiş və konkret təkliflər vermişdir.
Ümumiyyətlə, oxunaqlığı ilə seçilən bu monoqrafiya iqtisad elminə, xüsusilə marketinq və logistika sahəsinin alim və tədqiqatçılarına əvəzsiz bir töhvədir.