KitabYurdu » Kitab » Ensiklopediya » Azərbaycan Etnoqrafiyası - 1.cild


Şeçilmişlər Azərbaycan Etnoqrafiyası - 1.cild

Azərbaycan Etnoqrafiyası - 1.cild PDF
ADI:
Azərbaycan Etnoqrafiyası - 1.cild
REYTİNQ:
  • +35
DİL:
FORMAT:
ÇAP İLİ:
2007
ÖLÇÜSÜ:
7.75 MB
"Azərbaycan etnoqrafiyası"nın birinci cildində Azərbaycanın təbii-coğrafi şəraiti, çoxəsrlik tarixi, əkinçilik və maldarlıq mədəniyyəti, onun əhalinin sosial-iqtisadi həyatında rolu, həmçinin xalqımızın qədim məşğuliyyət sahələrindən olan ovçuluq, balıqçılıq vəarıçılığın keçdiyi inkişaf mərhələləri öyrənilir. Kitabda Azərbaycan xalqının qədim sənət sahələrindən dulusçuluq, daşişləmə,ağac işləmə, misgərlik, dəmirçilik, zərgərlik, dabbağlıq, xalçaçılıq və s. geniş tədqiq olunmuşdur.
Avropa ilə Asiyanın ayrıcında yerləşən Azərbaycan əlverişli təbii-coğrafi şəraitə, mülayim iqlimə, münbit torpağa, zəngin yeraltı və yer üstü sərvətə malikdir. Dünyada mövcud on bir iqlim şəraitinin doqquzunun Azərbaycanda olması bu torpağın bərəkətini artırıb, şöhrətini ucaldıb. Bu ərazi həqiqi olaraq bəşər sivilizasiyasının ilkin ocaqlarından biri kimi məşhurdur. Hələ iki milyon il bundan əvvəl burada ibtidai insanların məskən salması, güzəran keçirməsi, yaşayıb-yaratması, təkamül, tərəqqiyə çatması üçün hər cür şərait mövcud olmuşdur. Qafqazın qoynunda yaşayan Azərbaycan xalqı bu qədim və müqəddəs ərazidəbərqərar olmuş, özünün yüksək təsərrüfat həyatını, sənətkarlığı, sənəti, maddi vəmənəvi mədəniyyətini yaradaraq dünyanın ən qədim və mədəni xalqlarından biri kimi tanınmışdır. Azərbaycan etnoqrafik baxımdan dünyanın ən zəngin, çoxcəhətli və maraqlı guşələrindən biridir. Xalqımız minilliklər boyu Qafqaz və Qədim ġərq xalqları iləiqtisadi və mədəni əlaqədə olmuşdur. Yaranan bu qarşılıqlı təmasdan xalqımız çox şeyəxz etmiş və faydalanmışdır. Xalqımız da öz növbəsində həmin xalqların tükənməz təsərrüfat həyatına, maddi və mənəvi mədəniyyətinə çox şeylər bəxş etmiş, onu dahada zənginləşdirmişdir. Etnoqrafiya yunan sözü olub, "etnos" - xalq, "qrafis" - öyrənmək, təsvir etməkmənasını daşıyır. Etnoqrafiya etnologiya kimi də ədəbiyyatda geniş işlənir. "Etnos" -xalq, "loqos" elm. Deməli, etnologiya xalq haqqında elm deməkdir. Bu terminlərin hərikisi eyni məzmun kəsb etsə də, etnologiya bu elmin mahiyyətini daha dəqiq və dürüstmənalandırır. Deməli, etnoqrafiya - etnologiya xalqı öyrənən, təsvir və tərənnüm edənelmdir. Bu mənada etnoqrafiya - etnologiya xalqa daha yaxın olan, onun arzu vəistəklərini araĢdıran elmdir. Etnoqrafiya elminin əsas vəzifəsi xalqı öyrənməklə tarix yazmaq, onu daha da zənginləşdirmək, əhatəli etməkdir. Etnoqrafiya elmi arxeologiya elmi kimi, tarix elmininmühüm tərkib hissəsidir, onun bütövlüyünün, tamlığının təsdiqidir. Ona yardımçı olur, üfüq dairəsini genişləndirir. Etnoqrafik araşdırmalarda arxeoloji materiallar vətədqiqatlar əvəzsiz əhəmiyyətə malikdir. Bu elmlərin birliyi çoxəsrlik tariximizin bir sıraqaranlıq səhifələrinə işıq saçır. Minillikləri milyon illərə qovuşduran tarix yazır, tarix yaradır. Əgər belə demək mümkünsə arxeologiya tarix elminin ixtiraçısı, etnoqrafiyaonun bərpaçısı rolunu oynayır. Arxeologiya yerin qatlarındakı mədəni təbəqələrdə müxtəlif dövrlərə aid zəngin və qiymətli materiallar aşkar edir, onun xronologiyasını verir. Etnoqrafiya isə bu maddi-mədəniyyət qalıqlarının bərpasına yardımçı olur, lazımı köməklik göstərir. Heç şübhəsiz, bu birlik, müştərəklik dərin məna vəməzmunu ilə seçilən tarixin yaranmasına öz töhfəsini verir.