» » » Qarabağ müharibəsi (Faktlar, mülahizələr, həqiqətlər)


Şeçilmişlər Qarabağ müharibəsi (Faktlar, mülahizələr, həqiqətlər)

Qarabağ müharibəsi (Faktlar, mülahizələr, həqiqətlər) PDF
ADI:
Qarabağ müharibəsi (Faktlar, mülahizələr, həqiqətlər)
REYTİNQ:
  • +12
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2020
ÖLÇÜSÜ:
1.21 mb
1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi cənub-qərbi Azərbaycanda yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir. Müharibə getdikcə keçmiş SSRİ respublikaları olan Azərbaycan və Ermənistan, Dağlıq Qarabağın yüksəkliklərində uzun çəkən, elan edilməmiş müharibə aparırdılar. Azərbaycan separatçı hərəkatı məhv etməyə çalışırdı. Yerli parlament özünü Ermənistanla birləşdirilməyin lehinə səs verib, seçicilərin əksəriyyətinin müstəqilliyə səs versə də, Dağlıq Qarabağın azərbaycanlı əhalisi referendumu boykot etmişdi.
     Ermənistan ilə birləşmək istəyən separatçı hərəkatının tələbi 1988-ci ildə yenidən, amma nisbətən dinc şəkildə başlasa da, növbəti aylarda SSRİ dövlətinin dağılmasının yaxınlaşması səbəbindən, fikir ayrılığı etnik azərbaycanlılar ilə ermənilər arasında getdikcə böyüyən şiddətli münaqişəyə çevrilmiş və nəticədə tərəflərin etnik təmizləmə iddialarına səbəb olmuşdur. 
     Tərəflər arasında etnik qruplararası qarşıdurmalar Dağlıq Qarabağ Muxtar Vilayətinin parlamentinin 20 fevral1988-ci ildə Ermənistan ilə birləşmək qərarı verdikdən sonra başlamışdır. Azərbaycandan ayrılmaq haqqında bəyənnamə bu torpaq münaqişəsinin son nəticəsi olmuşdur. 
Azərbaycan SSR-dən müstəqilliyini elan etdikdən sonra Qarabağ ermənilərinin əksəriyyəti, Azərbaycandan çəkilmək qərarına gəlmiş və qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyini elan etmişdirlər.
    Tərəflər arasında genişmiqyaslı döyüşlər 1992-ci ilin qışında başlamışdır. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) kimi bir neçə təşkilat, tərəflər arasındakı münaqişənin həllinin sonunu gətirmək istəsə də, cəhdlər uğursuz olmuşdur. 1993-cü ilin yazında Ermənistan qüvvələrinin anklavın tərkibində olmayan torpaqları işğal etməsi, regiondakı digər ölkələrin müharibəyə qatılması üçün təhdid yaratmışdır. 1994-cü ildə müharibə başa çatana qədər ermənilər Qarabağın əksər hissəsini demək olar ki, tam nəzarətlərinə keçirib, əlavə olaraq anklavın tərkibində olmayan Azərbaycan torpaqlarının 9%-nə nəzarət edirlər.[18] Münaqişə nəticəsində Azərbaycandan 230.000 erməni, Ermənistan və Qarabağdan isə 800.000 azərbaycanlı məcburi köçkün olmuşdur.