KitabYurdu » Kitab » Dedektiv » Aqata Kristi Puaro İstintaq Aparır


Şeçilmişlər Aqata Kristi Puaro İstintaq Aparır

Aqata Kristi Puaro İstintaq Aparır PDF
ADI:
Puaro İstintaq Aparır
REYTİNQ:
  • +184
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2014
ÖLÇÜSÜ:
1.48 MB

"Puaro istintaq aparır"hekayələr toplusu Aqata Kristinin yazıçılıq karyerasının ilk dövrlərində çapolunmuşdur. Topluya 11 hekayə daxildir. Bu hekayələrin hər biri sonralardetektiv janrının klassikası hesab edilmişdir. Bu toplunun bütün hekayələriekranlaşdırılıb.

"Puaro istintaq aparır"hekayələr toplusunun qəhrəmanı xəfiyyə Puaro bir çox qətl hadisələrinin üstünüböyük məharətlə açır. İşdə yalnız bir şübhəli məqam varsa belə, yorulmaz detektiv onu araşdıraraq həqiqəti üzəçıxarır.

CHRISTIE and POİROT are registeredtrade marks of Agatha Christie Limited in the UK and/or elsewhere. All rightsreserved.

Bu kitabın Azərbaycan dilinə tərcüməvə yayım

hüquqları Qanun Nəşriyyatına məxsusdur.

Kitabın təkrar və hissə-hissə nəşri«Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan RespublikasınınQanunu»na ziddir.

"Qərbulduzları" əhvalatı

Mən Puaronun otağında pəncərəninqarşısında dayanaraq tənbəl-tənbəl küçəyə tamaşa edirdim. "Qəribədir",- deyə pıçıldadım. Rahat kreslosunda əyləşmiş Puaro sakit-sakit:

-      Nəolub, mon ami?l - deyə soruşdu.

- Qulaq asın, Puaro. Küçədə gənc bir xanım var.Çox yaxşı geyinib - dəbli şlyapa, olduqca gözəl xəz. Təkdir və yanlarındankeçdiyi evlərə nəzər sala-sala yavaş-yavaş

yeriyir. Üç kişi və orta yaşlı birqadın tərəfindən izləndiyinin fərqində deyil, indicə həmin xanımı izləyənlərəonu göstərib əl- qolunu ölçən gənc bir kuryer də qoşuldu. Görəsən, nə başverir? Bəlkə xanım cinayətkar, onu izləyənlərsə detektivlərdir? Bəlkə də onlargünahsız qadına hücum etmək istəyən quldurlardır. Tanınmış detektiv bu barədə nəfikirləşir?

- Tanınmış detektiv, mon ami, həmişəolduğu kimi, ən sadə yolu seçərək ayağa qalxıb özü küçəyə nəzər salır.

Dostum mənim yanıma, pəncərəninqarşısına gəldi. Bir saniyə sonra onun şən-şən gülümsədiyini gördüm:

- Həmişə olduğu kimi, sizin romantizminizfaktları şişirdib. Bu, kino ulduzu Meri Marveldir. Onu izləyənlər də pərəstişkarlarıdır.Və en passant2, dostum Hastinqs, o, tamamən bunun fərqindədir.

Mən güldüm:

- Beləliklə, məsələ aydın oldu, lakin siz bununüçün heç bir səy göstərmədiniz, Puaro. Siz, sadəcə, xanımı tanıdınız.

- En vertie!3 Mon cher4, Meri Marveli ekranda neçədəfə görmüsünüz?

Fikrə getdim:

-      Yəqin10-12 dəfə.

-      Mənsəcəmi bircə dəfə görmüşəm!

Amma mən onu tanıdım, sizsə tanıya bilmədiniz.

- 0, tamam başqa cür görünür.

- Bəs necə fikirləşirdiniz? 0, Londonun küçələrindəkovboy şlyapasında, ya da irland naxırçısı kimi saçları pırtlaşıq və ayaqyalıngəzməli idi? Həmişə xırda təfərrüatların vacib olduğunu nəzərə alın. Rəqqasə ValeriSentkler məsələsini xatırlayın.


İnformasiyaMüəllif hüquqları ilə əlaqədar olaraq materialın yükləmə e-keçidi saytdan silinmişdir.

Qonaq Hesen ilyasov
Qonaq Hesen ilyasov
  • 7
Salam hansi kitaba dedektiv kitabina girirem yuklemey olmur niye?

  • 11 iyun 2017 11:07
  • Status:
kitabyurdu
Qonaq Hesen ilyasov, "Müəllif hüquqları ilə əlaqədar materialın yükləmə e-keçidi saytdan silinmişdir." yazısı qeyd olunmuş kitabları artıq yükləmək mümkün deyil.
  • 11 iyun 2017 12:41
  • Status: İstidafəçi xətdə deyil
Vaqif777
niye iwledirsiz o zaman bu sayti??bir weyi gosterib vermemek kimi bir weydi sizin iwiniz.muellif huquqlariymiw

  • 13 oktyabr 2017 23:16
  • Status: İstidafəçi xətdə deyil
İlknur Ateş
niyə istədiyim kitabı yükləyə bilmirəm!! Belə də haqsızlıq olar!! Axı istədiyimi yükləyib oxuya bilmədikdən sonra nə mənası var bu sayta abunə olmağın? 
  • 29 yanvar 2018 23:04
  • Status: İstidafəçi xətdə deyil
lamiyə orucova
belə şey olmaz e onda niyə abonə oluruq ki bura​​​​​​​​
  • 11 fevral 2018 16:05
  • Status:
Hesen
Hesen
  • 1
kim istese mailime yazsin gonderim pdfi

[email protected]
  • 3 oktyabr 2018 17:11
  • Status:
Shrek
Shrek
  • 1
Kitabi oxuya bilmeyecemse menasi nedi bura gormeyimin ? Cavab verin zəhmət olmasa. 
Müəllif huququ qorunursa niye seklini qoyub nkitab haqqında məlumat yazirsiz? Ele salirsiz bizi?
  • 5 yanvar 2021 07:54
  • Status: İstidafəçi xətdə deyil