KitabYurdu » Kitab » Roman » Xano X-dan Sonra


Şeçilmişlər Xano X-dan Sonra

Xano X-dan Sonra PDF
ADI:
X-dan Sonra
REYTİNQ:
  • +66
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2011
ÖLÇÜSÜ:
844 KB
Salam, əgər bunu oxumağa başlamısansa deməli nəsə marağını çəkən bir “şey” olub. Kitaba başlamazdan əvvəl bir az məlumat vermək istədim. Sonra başını ağrıtmayacam, kitabla təkbətək qala bilərsən. Kitab Roman janrında qeydə alınsa da tam roman sayılmır. 1 il ərzində ərsəyə gəlmiş bu oxuyacağın əsər tamamilə 20 ildə yaşadıqlarım, gördüklərim və yaşatdıqlarımdan ibarətdir. Hər yazı real həyatda baş vermiş hadisənin təzahürüdür.. Şübhəsiz ki, surreallığa da müraciət etmişəm. Kitabda oxuyacağın insanlar arasında bəlkə sən də varsan, hansısa sevdiyin və ya ondan bir hissə müəyyən bir personajda var. İçində kiçik başlıqlı bəzi hekayələr arasında kitabın fundamenti qoyulmamışdan, bir neçə il əvvəl yazılmışlar var.
1. Kitabda oxuyacağınız “Karmadan Küləyə” Karma ləqəbli birisinin mənə yazdığı bir məktubdur.
2. “Zibilxana içindəki Tullantı” isə Karma ilə xoş günlərin söhbətindən xatirədir.
Əsər fasilələrlə yazıldığından hissə-hissə oxusan daha çox yaşayacaqsan içindəkilərlə. Kitabı oxumağa tələsməyin hər gün bir səhifə də bəs edər..
Bu gecə bir az qəribədir. Bir az da qəliz. Həmişəki kimi səma ulduzlarla doludur. Ay bədrlənmiş. Yəqin indi hardasa kimsə vampirə dönüb. Hərdən mən də istəyirəm vampir olmaq. İstəyirəm... İstəyirəm ki, bu heç nəyə yaramayan, öz uydurduğu yalanlarla yaşayan, nifrətlə qidalanan vəhşi adamların başını üzüm.. Amma sonra yenə də özümə gəlirəm. İnsan olduğumu xatırlayıram. Və mən indi burdayam. Həyat körpüsünün altında. Zamanın xaricində. Dünyanın ən coşqun çayı da donub daha axmır. Ay.. Bədrlənmiş ay.. Necə də şəffaf görünür sənin üzündəki ləkələr. Sənə paxıllığım tutur. Sən indi istədiyin və istəmədiyin hər yeri görə bilirsən. Sənə paxıllığım tutur heç kimdən və heç nədən asılı deyilsən. Azadsan. Mən də istərəm o azadlığı. İstərəm dadım ondan. Onu elə gözləyirəm ki. Yeni doğulan körpənin ana döşlərindən gözlədiyi süd kimi.İçimdə yanğım var. Amma qorxuram onu büruzə verib çölə çıxartmağa. Qorxuram ki, o hər şeyi məhv edər. Yandırar hər varlığı. Hətta var olmayanları da. Qoy ondansa içimdə qalsın bu yanğım mənim. Amma onsuz artıq kimim var ki.? Nə qohum, nə ailə, nə dost, nə də sevdiyim bir nəfər belə yoxdur artıq. Heç kimim yoxdu. İndi təkcə Mənəm Mənimlə üzbəüz.