» » » Elektron imza, elektron kommersiya (İnformatika)


Şeçilmişlər Elektron imza, elektron kommersiya (İnformatika)

ADI:
Elektron imza, elektron kommersiya (İnformatika)
REYTİNQ:
  • +3
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2008
ÖLÇÜSÜ:
947 Kb
Kitabda son zamanlar daha mütəşəkkil formada inkişaf etməyə başlamış elektron rəqəmli imza, elektron kommersiya haqqında məlumat verilir. Elektron rəqəmli imzanın texniki və hüquqi təminatı qaydaları, elektron kommersiyanın modelləri, elektron kommersiyanın infomıasiya texnologiyaları, İnternet texnologiyaları haqqında müfəssəl məlumat verilmişdir. Burada, həmçinin elektron möhür haqqında da məlumat verilmiş, elektron rəqəmli imzanın tətbiqi və istifadəsi qaydaları göstərilmişdir. Elektron rəqəmli imzanın istifadəsi qaydaları həmçinin konkret proqram əsasında praktik misallar şəklində də göstərilmişdir.
Kitab ali məktəblərin hüquq və iqtisadiyyat ixtisaslarının bakalavr və magistrləri və diger ixtisasların tələbələri üçün də nəzərdə tutulmuşdur.
Bəşəriyyətin tarixinin müəyyən inkişaf mərhələlərini müəyyən hadisələrlə, faktlarla və parametrlərlə xarakterizə etmişlər. Bu baxımdan bəşər tarixini bezən ehtiyatların yaradılması, paylanması və istifadəsi ile bağlı olan münasibətlərin inkişafının kəsilməz, davamlı prosesi kimi də təsəvvür etmək olar. İstifadə olunan ehtiyatların xarakteri əsrlər boyu dəfələrlə deyişmişdir, həmçinin siyasi, iqtisadi, hüquqi, dini, fəlsəfi və bir cox başqa ictimai münasibətlər sistemləri də deyişmişdir. Materiyanın hərəkətinin əsasım eneıji mübadiləsi, caaılı təbiətin inkişafının əsasım isə maddələr mübadiləsi təşkil etdiyi kimi, ictimai inkişafin əsasım təşkil edənlərdən biri də ehtiyatlar arasında mübadilədir.
XX əsr üçün inkişaf etmiş dövlətlərin cəmiyyətlərinin ənənəvi xarakteristikası sənayeləşmə kimi olmuşdur. O, birbaşa ictimai proseslərin maddi tərkib hissəsində sənaye və eneıji ehtiyatlarının təyin edici rolu ilə bağlı olmuşdur. XXI əsrin gəlməsi ile bəşəriyyət özünün yeni inkişaf mərhələsini - informasiyalaşmış mərhələni açdı. Bu mərhələ üçün informasiya ehtiyatlarının dominant rol oynaması xarakterikdir.