KitabYurdu » Kitab » İnformasiya Texnologiyaları » İbayev Zabil - Kompüter Şəbəkələri


Şeçilmişlər İbayev Zabil - Kompüter Şəbəkələri

İbayev Zabil - Kompüter Şəbəkələri PDF
ADI:
Kompüter Şəbəkələri
REYTİNQ:
  • +43
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2008
ÖLÇÜSÜ:
3.83 MB
Kitab İbayev Zabil Vəfaddin oğlu tərəfindən hazırlanmışdır. Bu kitab kompüter şəbəkəsinin yarandığı dövrdən indiyə qədər ki şəbəkə texnologiyalarını əhatə edir. İnternetdən yığılan məlumatlar əsasında hazırlanmış kitabın yaranma səbəbi Azərbaycan dilində şəbəkə texnologiyalarını öyrənmək üçün materialların ya az olması ya da heç olmamasıdır.
Kitabı çap edərək, sataraq qazanc əldə edilməsinə Zabil İbayev Vəfaddin oğlu tərəfindən icazə verilmişdir. Tək bir şərtim var. Əgər hər hansı bir yerdə kitabdan sitat gətirilərsə Zİ-N şəklində kitabın adı göstərilsin və heç bir dəyişiklik edilməsin. Sizə uğurlar diləyirəm və kitaba uyğun bir atalar sözünü nəzərinizə çatdırıram.
Kompüter şəbəkələrinin keçmişi və bu günüKompüter şəbəkəsinin yaranması üçün ən azı iki kompüterin bir-birinə qoşulması lazımdır. Şəbəkəharada və nə üçün istifadə olunur? sualını versəniz, bu suala indi çox rahat cavab tapmaq olar.Məsələn, bu gün ofislərdə, nəşriyyatlarda, kompüter klublarında və ya beynəlxalq informasiyamübadilələrində kompüter şəbəkələri vacib rol oynayır. Əgər bir firmanın müdiri ümumi sənədinbütün işçilər üçün əl çatan olmasını istəyirsə, o, kompüter şəbəkəsindən istifadə edərək bu işirahatca həyata keçirir. Nəşriyyatda işləyən dizayner öz kompüterində hazırladığı jurnalın üzqabığını çap etmədən şef redaktora göstərmək və rəyini bilmək istəyirsə, sadəcə olaraq şefinkompüterinə jurnalın üz qabığını göndərir və danışıq proqramı vasitəsi ilə onun rəyini alır. Oyunklublarında tək oynamaqdan bezən uşaqlar bir-biriləri ilə şəbəkə vasitəsi ilə oynaya bilirlər.Beynəlxalq kompüter şəbəkələri ilə xüsusi proqram təminatı ilə xaricdə yaşayan qohumlarınınüzlərini kompüterdə görə və səslərini rahatca eşidə bilərlər. İstəyirəm bir az əvvələ qayıdıb ilkşəbəkələrin yaranmasından indiyədək görülmüş işlərdən bir az məlumat verim.60-cı illərdə kompüter deyiləndə ağıla böyük mainframe(meynfreym)-lər gəlirdi. Əlbəttə kimainframe-lər indiki kompüterlərlə müqayisə oluna bilməzlər. Onların nə monitoru, nə dəklaviaturası vardı. Mainframe-lər böyük dəmir şkaflara bənzəyirdilər.
Elnara Bağırova
Kitaba görə təşəkkür edirəm blush
  • 25 sentyabr 2018 17:43
  • Status:
Nigar Rustemova
Salam kitab sifaris vermek olar?

  • 30 sentyabr 2022 13:52
  • Status: