KitabYurdu » Kitab » Fizika » Ümumi Və Tibbi Fizika Terminlərinin Qısa Lüğəti


Şeçilmişlər Ümumi Və Tibbi Fizika Terminlərinin Qısa Lüğəti

Ümumi Və Tibbi Fizika Terminlərinin Qısa Lüğəti PDF
ADI:
Ümumi Və Tibbi Fizika Terminlərinin Qısa Lüğəti
REYTİNQ:
  • +108
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2008
ÖLÇÜSÜ:
3.88 MB
Təqdin olunan ingilis-Azərbaycan-rus dilli lüğət 2000-ə qədər ümumi və tibbi-bioloji fizika terminini əhatə edir. Termin və ifadələr transkripsiya ilə verilmiş və onların əksəriyyəti Azərbaycan dilində izah olunmuşdur. Kitabda lüğətə əlavə olaraq 400-ə qədər riyazi simvol və söz, əsas fiziki sabitlər və törəmə kəmiyyətlər, kimyəvi elementələrin adları, həmçinin idiom, bağlayıcı, sözönü və digər nitq ifadələri verilmişdir.
Lüğət orta məktəblərin şagird və müəllimləri, tibb, fizika və digər texniki fakültələrin tələbələri, həmçinin həmin sahələrdə çalışan müxtəlif səviyyəli mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
Ümumi fizika üzrə ingilis, rus və digər dillərdə kifayət qədər qarşılıqlı terminoloji lüğətlər mövcuddur. Bu sahədə ölkəmizdə yalnız 1935-ci ildə M.Abdullayevin «Rusca-türkcə fizika terminləri» və 1985—ci ildə F.Q.Məhərrəmovaıım 7 çap vərəqi həcmində «Rusca-azərbaycanca fizika terminləri lüğəti» kitabı nəşr olunmuşdur. Tibbi-bioloji fizika üzrə Azərbaycanda bu günə qədər terminoloji lüğətin mövcud olmaması xarici dillərdə nəşr olunmuş dəyərli monoqrafiyalardan, dərslik və dərs vəsaitlərindən istifadə edilməsində, eyni zamanda Azərbaycan dilli geniş kütlənin elmi yaradıcı fəaliyyətə və tədris prosesinə cəlb olunması istiqamətində müəyyən çətinliklər yaratmış, bununla da elmin bu sahəsinin Azərbaycanda inkişafına mənfi təsir göstərmişdir. Respublika ali təhsil ocaqlarında fizika və tibbi-bioloji fizika Azərbaycan, rus və qismən ingilis dillərində tədris edilir. Bu təhsil ocaqlarının fizika və tibb təmayüllü fakültələrində təhsil alan əcnəbi tələbələrin mövcud olan ədəbiyyatdan istifadə edə bilməməsi, digər xarici ölkələrlə elm və tədris sahələrində yaranan əlaqələrin sürətlə inkişaf etməsi bu sahədəki terminoloji lüğətə böyük ehtiyac olduğunu sübut edir. Fizikanın müxtəlif sahələrinin təbabətdə diaqnoz və müalicə istiqamətlərində olduqca böyük yeniliklər yaratdığı, tibbdə işlədilən materialların, yeni açılmış klinikalarda işlədilən müasir tibbi cihazların sayının gündən-günə artdığı bir dövrdə Azərbaycanda fizika və tibbi-bioloji fizika terminləri lüğətinin tərtib olunması zərurətini yaratmışdır.
Həyati zərurətin doğurduğu belə bir problemin - ümumi və tibbi-bioloji fizika terminoloji lüğətinin yaradılınası məsələsinin həllinin fizika və onun əhatə etdiyi sahələrdə Azərbaycan dilində fiziki və tibbi təfəkkürün təşəkkülündə bir zəminə çevriləcəyinə, bu sahə ilə məşğul olan hər bir Azərbaycan və rus dilli şəxsə öz fikrini ana dilində səlis, aydın, dəqiq ifadə etmək üçün bir vəsait olacağına ümidvar olmaqla bu lüğəti tərtib edərək, onu oxuculara təqdim etməyi özümə borc bilirəm.
Tədris prosesinə kömək məqsədilə yazılmış bu lüğət əvvəlki lüğətlərdən öz struktur, semautik və mündəricəsi baxmından kökündən fərqlənir. Belə ki, həmin lüğətdə baş sözün və bu sözlə yaranan birləşmələrdə işlənmiş digər sözlərin oxunuşu (transkripsiyası) əlifba qaydası ilə verilir. Bu onsuz da oxunuşu cəhətdən çətinlik yaradan fizika və tibbi-bioloji fizika terminlərinin düzgün oxunub tələffüz olunması işini asanlaşdırır. İndiyədək buraxılmış bu cür lüğətlərdə transkripsiya verilməmiş, ona görə də onlardan ancaq semautik cəhətdən istifadə olunması mümkündür, terminləri tələffüzlə öyrənmək isə mümkün deyil. Təqdim olunan lüğətdə isə bu çətinlik aradan qaldırılmışdır.
Müasir fizikanın müxtəlif sahələrinə (o cümlədən tibbi-bioloji fizika) aid jurnal və kitabların əksəriyyətinin ingilis dilində nəşr olunduğunu və Beynəlxalq konfrans, simpozium və seminarların əsasən məhz bu dildə keçirildiyini nəzərə alaraq. ingiliscə-Azərbaycanca-rusca ümumi və tibbi-bioloji fizika terminləri lüğətinin bu sahədəki problemlərin həllində müsbət rol oynaya biləcəyinə ümid etmək olar.
Lüğət tərtib edilərkən fizika, tibbi-bioloji fizika və bunlarla əlaqəli olan sahələrə aid ədəbiyyatda istifadə edilmiş terminlər lüğətdə öz əksini tapmışdır. Bu məqsədlə mövcud sözlüklərdən, izahlı lüğətlərdən də geniş istifadə olunmuşdur.