» » » Nazim Zahid - Yarımçıq nəfəsdi ömür


Şeçilmişlər Nazim Zahid - Yarımçıq nəfəsdi ömür

Nazim Zahid - Yarımçıq nəfəsdi ömür PDF
ADI:
Yarımçıq nəfəsdi ömür
REYTİNQ:
  • +21
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
22.09.2009
ÖLÇÜSÜ:
1.45 Mb
Nazim Zahid ədəbi aləmə “Yağış altda yol gedirəm” adlı şeirlər kitabıyla qədəm qoyub. Bu kitab bizim N.Zahid imzasıyla tanışlığımızın təməlində durur. Yaxşı bilirik ki, bu səfər, bu yağmurlu gediş təkcə fiziki anlamda yağışlı bir günün Saribanlığı deyil, bu, daha çox sənət tufanlarıyla izlənən bir şair ömrünün qəzavüqədərindən doğan poetik auranın nəmnişanəsidir. Bu ədəbi yolda Nazimin “Mənim ürəyimi dəyiş, İlahi” ilticalığı da var, “Qəribə həyatda qəribəm, qərib” tənhalığı, “Görmək istəmirəm səni bir daha” üsyankarlığı da, “Düşündükcə ağlının canı çıxan” istedadlı bir şair ovqatı təqdim olunan bu kitabın bü- tün səhifələri, aurası boyuncadı. Bu düşüncələr boyunca Nazim bütöv bir şair ömrü yaşayır. O, ömrün əbədiyyat yolunun hansı irmaqlardan keçdiyinin sirrinə vaqif olanlardandı:

Hər qəlbin səsi var, hər səsin izi,
Zili bəm, bəmi zil bir səsdi ömür.
Hərənin dünyada öz ömür payı,
Daima yarımçıq nəfəsdi ömür.

Bu fikrin misra düzümü bir şair olaraq Nazimin yaradıcılıq imkanlarını bütövlükdə ifadə edir. Belə bir ömür Dolaylarında onun bütün qəzavü-qədərləri qəribə şükranlıqla qəbul edib , bağrına basmağı poeziyanın Nazimin Fizuli kökündən gəlməsinə nişan verir. Nazim “Nə yaxşı ki, heç olmasa kədərim var, bəxtəvər başıma” zənginliyinin sultanlığını da edə bilir.

Sərt rüzgar, qar soyuq,
Qəlblər dərd-sərdən yara.
Yurd köksü oyuq-oyuq,
Gözümdə qar da qara

dərdiylə kədər yolçuluğu da... Hər iki halda nikbinlik onun yaradıcılığının ana xəttini təşkil edir.

Fələk yaxşıları torpağa əkir,
Nadanlar göyərir, ucalır,neynim?-

asiliyinin şairidi Nazim Zahid.
Nazimin şeir ovqatı “Dünyam bu dünyaya sığmır, neyləyim” düşüncəsinə sahib olduğu yerdən başlayır. Sonra bu dünya şeirdən-şeirə uzun bir yol keçir, böyüyür və bizi də öz ardınca çəkib aparır.