KitabYurdu » Kitab » Ədəbiyyat » Məmməd Səid Ordubadi - Qanlı illər


Şeçilmişlər Məmməd Səid Ordubadi - Qanlı illər

Məmməd Səid Ordubadi - Qanlı illər PDF
ADI:
Qanlı illər
REYTİNQ:
  • +55
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2007
ÖLÇÜSÜ:
930 KB
XX əsr Azərbaycan nəsrinin yaradıcılarından biri, böyük yazıçımız Məmməd Səid Ordubadi qələminin məhsulu olan, uzun illərin siyasi təbəddülatlarından keçmiş bu əsər tarixi həqiqətlərin üzə çıxarılmasına kömək edən dəyərli bir nümunədir. Yazıçının 1908-ci ildə "Qanlı "Sənələr" adı ilə yazıb başa çatdırdığı kitab ilk dəfə onun "Tazə həyat" qəzeti vasitəsilə millətin sərvət sahiblərinə müraciətindən sonra Bakı milyonçu-xeyriyyəçisi Murtuza Muxtarovun maddi yardımı ilə 1911-ci ildə nəşr olunmuşdur.
XX əsrin əvvəllərində baş vermiş erməni-müsəlman davasının müxtəlif bölgələrdən gələn müxbir məktubları əsasında təsviri münaqişənin məzmunu və gedişi haqqında oxucuda tam təsəvvür yaradır.
Həmin hadisələrin eyni ssenari üzrə yetmiş ildən sonra təkrarən baş verməsi sadəlövhcəsinə keçmişi unutduğumuzu göstərir. Bu səbəbdən də əsərin yenidən nəşri xalqımızın yaddaşını oyatmağa, baş verənlərdən ibrət dərsi almasına xidmət edir.

Etiraf etməli və acınacaqlı bir haldır ki, biz yetmiş il ərzində bu və bu tipli əsərləri nəşr etməkdən çəkinmişik. Qorxmuşuq ki, bizim "Sovetlər birliyimizin" möhkəmliyinə xələl gətirə bilər. Çəkinmişik ki, bizim qonşularla olan dostluğumuzu poza bilər. Öz tarixi keçmişimizi - həqiqəti öz xalqımızdan gizlətməyə çalışmışıq. Bunun nə kimi nəticələr verə biləcəyini isə düşünməmişik. Hər halda düşünənləri də düşünməməyə məcbur etmişik... Görənə "görmə", dinənə "dinmə", - demişik. Nəticə də ki, göz qabağındadır və öz fəaliyyətsizliyimizin acı meyvələrini bu gün dadmağa məcburuq. Bizə daim tövsiyə olunub ki, öz qonşularımızın səviyyəsinə enməyək, ehtirasları qızışdırmayaq, qaçqına "köçkün" deyək, onun özünü də gizlədək. Bizə qarşı yazılanlara etinasızlıq göstərək, öz yazdıqlarımızı isə yeddi qıfıl arxasında saxlayıb mərmər örtüklü möhtəşəm binadan çıxmağa qoymayaq, "müqəddəs dostluğumuzu" qoruyaq. Qorumuşuq və nəticədə bütün dünya xalqları qarşısında təklənmiş, vəhşi, qaniçən, cəllad, zülmkar bir xalq kimi tanınmışıq. Nə qədər böyük bir səhvə yol verdiyimizi indi anlayırıq.
Görəsən, bütün bunlar bizə dərs oldumu? Görəsən, bu gündən belə ağa "ağ", qaraya isə "qara" demək üçün biz hansı qüvvə ilə çalışmalıyıq? Meyarımız nə olmalıdır? Yəqin ki, həqiqət! Yalnız və yalnız həqiqət! Tarixi həqiqət! Təkcə belə bir həqiqətlə silahlanmış xalq öz taleyinə biganə qalmayıb gələcəyini qura bilər. Belə tarixi həqiqətlərdən biri də 1905-ci il erməni-müsəlman müharibəsidir, məhz erməni-müsəlman müharibəsi. Çünki min bir hiylə ilə Qafqazda yaşayan müsəlman əhalisi arasında parçalanma salmağa çalışıb, onların qüvvəsini zəiflətməklə öz çirkin niyyətlərinə nail olmaq istəyən erməni millətçilərinin
qurbanları yalnız azərbaycanlılar olmurdu. 1905-ci il hadisələri ilə bugünkü günümüzdə baş verən münasibətləri müqayisə etdikdə səbəblərin də, nəticənin də eyni olduğunu görürük. Erməni millətçilərini çirkin məqsədlərə aparan yol və vasitələr də eynidir. Tarix eynilə təkrar olunur. Tarixin dərslərindən düzgün nəticə çıxarmayanda isə, tarix onu yaşayanlarla sərt danışır. Tarix heç bir saxtakarlığı sevmir. Zaman keçdikcə onun "yağı yağ, ayranı ayranlıq" olur.