KitabYurdu » Kitab » Ədəbiyyat » Nəsirəddin Tusi və müasirlik


Şeçilmişlər Nəsirəddin Tusi və müasirlik

Nəsirəddin Tusi və müasirlik PDF
ADI:
Nəsirəddin Tusi və müasirlik
REYTİNQ:
  • +22
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2001
ÖLÇÜSÜ:
9.41 MB
Kitabda Şərqin böyiilc dühası Xacə Nəsirəddin Məhəmməd Tusinin çox şaxəli həyat yoluna nəzər salınmış, Azərbaycan Respublikasının prezidenti möhtərəm Heydər Əliyevin "Nəsirəddin Tusinin anadan olmasının 800 illiyi haqqında" müvafiq fərmanından sonra Azərbaycanda və o cümlədən Naxçıvan Muxtar Respublikasında Tusi irsinə diqqətin daha da artmasından bəhs olunmuşdur.
Qoca Şərqin böyük oğlu və görkəmli alimi Məhəmməd Nəsirəddin Tusi (1201-1274) bəşəri xidmətlərə malik qüdrətli dühalardan biridir. Astronomiya, coğrafiya, riyaziyyat və fizika sahəsindəki elmi əsərləri və kəşfləri dəqiq və fundamental elmlər üzrə ona dünya şöhrəti qazandırmışdır. Nəsirəddin Tusinin yaradıcılığı və 1271-ci ildən fəaliyyətə başlayan məşhur Marağa rəsədxanası nüfuzlu bir elm mərkəzi kimi təkcə Şərq ölkələrində yox, bütün Avropada və digər qitələrdə də tanınmış və burda aparılmış elmi işlərin nəticələri elmi yenilik və bir çox hallarda isə yeni kəşf kimi yüksək qiymətləndirilmiş və qəbul edilmişdir. Bundan başqa, Nəsirəddin Tusinin ilahiyyat, ədəbiyyatşünaslıq, tarix, fəlsəfə, hüquq, musiqişünaslıq, pedaqogika və psixologiya elmlərinə dair qiymətli əsərləri də artıq çoxdan mədəni dünyanın əvəzsiz elmi sərvətinə çevrilmişdir. «Əxlaqi-Nasiri», «Zic Elxani», «Təhriri Əqidis», «Biliklərə yiyələnməyin əsasları» və s. kimi nadir əsərlərinə görə bu qüdrətli dühanın adı elm sahəsində bütün yer kürəsində məşhur olan Aristotel, Arximed, Nyuton, Evklid, Kopernik və başqaları kimi elm nəhəngləri ilə yanaşı adı çəkilməyə tamamilə layiqdir. Doğrudur, Nəsirəddin Tusinin əsərləri Avropa dillərinə və rus dilinə çevrilmiş, bu əsərlərdən dünyanın müxtəlif ölkələrində mö’təbər elmi mənbə kimi istifadə olunmuşdur.