KitabYurdu » Kitab » Ədəbiyyat » Sədi Şirazi - Seçilmiş Əsərləri


Şeçilmişlər Sədi Şirazi - Seçilmiş Əsərləri

Sədi Şirazi - Seçilmiş Əsərləri PDF
ADI:
Seçilmiş Əsərləri
REYTİNQ:
  • +33
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2004
ÖLÇÜSÜ:
1.03 MB
Firdovsi, Xəyyam, Hafiz, Nizami, Füzuli kimi Şeyx Sədi Şirazi də dünya mədəniyyət xəzinəsində özünəməxsus yer tutan cahanşümul və görkəmli şairlərdəndir. İran mədəniyyətinin dünya ədəbiyyatına vermiş olduğu bu qüdrətli söz ustasının ölməz əsərləri yüzillərdir əhəmiyyət və təsirini itirməyərək oxucularına faydalı nəsihətlər verir, bəşəri düşüncələr, nəcib duyğular aşılayır.
Həqiqət və gözəllik aşiqi Sədi farsdilli ədəbiyyata çox ciddi yeniliklər gətirmiş, hətta müəyyən baxımdan inqilab etmiş nəhəg sənətkardır.
Bu kitaba didaktik poema janrının parlaq nümunəsi olan “Bustan”ı ilə yanaşı, böyük şairin özündən sonrakı bütün əsərlərdə Yaxın və Orta Şərq xalqlarının çox sevdiyi kitablardan biri olub, uzun illər dərslik kimi istifadə olunan və dünyanın mədəni xalqlarının dillərinə çevrilən “Gülüstan”ı, eləcədə bir sıra lirik əsərləri – qəsidə, rübai, qəzəl və qitələri daxıl edilmişdir.