» » » Əlibala Hacızadə Əsərləri. V cild


Şeçilmişlər Əlibala Hacızadə Əsərləri. V cild

Əlibala Hacızadə Əsərləri. V cild PDF
ADI:
Əsərləri. V cild
REYTİNQ:
  • +14
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2004
ÖLÇÜSÜ:
2.31 MB
Yazıçı Əlibala Hacızadənin bütün əsərlərini əhatə edən X cildliyinin V cildinə müəllifin «Vəfalım mənim» romanı və «Gündəliyimdən səhifələr» daxil edilmişdir.
İnsan bəzən öləndən sonra da sevilə bilərmiş. Qəribə taleyi olan, gizli, təmənnasız, şirin, yandırıb-yaxan bir məhəbbətlə sevən, aneaq sevdiyi qadın tərəfindən oxşanıb əzizlənməyən Orxanın qismətinə belə məhəbbət yazılıbmış, sən demə. Bu sevgi Orxan dünyadan köçəndən sonra dünyaya gəlməliymiş, bu inanılmaz sevginin ömrü — arzuları da, eşqi də gül açmamış eahana əbədi göz yuman Orxanın eavan ömründən uzun olmalıymış, sən demə.
...Zaman hiss olunmadan yel kimi qanadlanıb tarixə, keçmişə, əbədiyyətə çevrildikcə Orxanın heç kəsin ağlına sığışdırmaq, inanmaq istəmədiyi qəfil ölümü və yoxluğu hamıdan çox Gülmirəni yandırıb külə döndərirdi. O özü də hiss eləmədən, artıq yox olmuş, çıraqla da gəzsən tapılmayan, aneaq quruca adı, yadigarları yaşayan Orxana daha çox bağlanır, onu heç eür ölmüş hesab eləyə bilmir, çox dirilərdən üstün sayırdı: nə qədər qəribə və inanılmaz olsa da, özünü tez-tez bu nöqtədə tuturdu ki, o, ərindən — təyyarəsində qəzaya uğrayıb həlak olmuş Əqdəmdən daha artıq Orxan haqqında düşünür, ondan sarı daha çox göynəyir və qəlbindən heç vəchlə qovub çıxara bilmədiyi bu anlaşılmaz fikirdən böyük qəbahət işləmiş bir qadın kimi utanır, xəcalət çəkirdi.