» » » Əlibala Hacızadə Əsərləri. I cild


Şeçilmişlər Əlibala Hacızadə Əsərləri. I cild

Əlibala Hacızadə Əsərləri. I cild PDF
ADI:
Əsərləri. I cild
REYTİNQ:
  • +6
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2004
ÖLÇÜSÜ:
2.48 MB
Bu cildə daxil edilmiş povestlər: Unutmaq olmur, Məhəbbət olmayan evdə, Piyada adam, Atamın gəlini
Yazıçı Əlibala Hacızadənin bütün əsərlərini əhatə edən X cildliyinin I cildinə müəllifin 50 illik yaradıcılığının ilk nümunələri - şerləri, hekayələri aə povestlərinin bir qismi daxil edilmişdir.
Ədəbiyyat aləmi müqəddəs bir aləmdi və əbədiyyət adlı bir dünyaya uzanan bir çox yolların ən gözəli, şirini və əzab-lısıdı. Mən ömrümün böyük bir hissəsini burada - müqəddəs saydığım bu dünyanın içində yaşamışam. Onun paklığını, müqəddəsliyini bildiyim üçün, o aləmin qapısı ağzında ayaqqabılarımı təmizləyib içəri girmişəm, bilmişəm ki, o saf, şəffaf dəniz kimi, napak şeyləri qəbul etmir, silkinib, çırpınıb gec-tez sahilə atır.
Mən nə az, nə çox, diiz 50 ildi ki, bu aləmdəyəm. Gəlişim səssiz-küysüz olub, burda yaşadığım o 50 il də səsdən-kiiydən, münaqişə, çəkişmə-didişmələrdən uzaq olub və yəqin ki, gedişim də səssiz-küysüz olacaq...
Mən bu dünyada heç kəsin, heç kimin yox, yalnız ürəyimin, vicdanımın diqtəsi ilə qələm çalmışam, ədəbiyyatın, sənətin müəllimlərimdən, ustadlarımdan öyrəndiyim sirlərini qəlbimin istəkləri, arzuları ilə uyğunlaşdırıb düşündüklərimi, duyğularımı kağız üzərinə köçürmüşəm, tək öz dərdlərimi, arzularımı, sevgilərimi, nifrətlərimi, insan, həyat, məhəbbət, xəyanət, mərdlik, namərdlik və s. haqqında düşüncələrimi deyil, sənin, onun, nəticə etibarilə, hamının bu məsələlər barədə fikirlərimi yazmışam, çünki bilirəm ki, hər kəs düşündüklərini deyə bilmir, yaza bilmir; sən - şair, yazıçı onun - hər bir adi adamın qəlbindən keçənləri yazanda o, səni öz ürəyinin, hisslərinin tərcümanı sanır, səni özünə doğma, məhrəm hesab edir və səni sevir.