KitabYurdu » Kitab » Ədəbiyyat » İsa Muğanna - Seçilmiş əsərləri. 6-ci cild


Şeçilmişlər İsa Muğanna - Seçilmiş əsərləri. 6-ci cild

İsa Muğanna - Seçilmiş əsərləri. 6-ci cild PDF
ADI:
Seçilmiş əsərləri. 6-ci cild
REYTİNQ:
  • +19
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2009
ÖLÇÜSÜ:
793 KB
Ədibin altıcildliyinin son cildinə onun müxtəlif illərdə qələmə aldığı məqalələri, müsahibələri və haqqında yazılar daxil edilmişdir.
Gənc və istedadlı yazıçı İsa Hüseynovun “Yanar ürək” povesti haqlı olaraq mətbuatımızın diqqətini cəlb etmişdir. Povestə həsr olunan tənqidi məqalələrdən görünür ki, oxucu bu əsərdən bir o qədər də razı qalmamışdır. Narazılığın səbəbi odur ki, yazıçı bugünkü kolxoz kəndini düzgün göstərə bilməmişdir, onun təsvir etdiyi mənzərə birtərəfli, boyalar isə çox tünd çıxmışdır.
İsa Hüseynov ümid verən gənc sovet nasirlərindəndir. Onun kolxoz kəndinə həsr edilmiş bir sıra hekayə və povestləri, xüsusən “Bizim qızlar” və “Dan ulduzu” yazıçının müasir kəndi öyrənməyə və realist bir qələmlə təsvir etməyə can atdığını göstərir. O, həyat hadisələrini dərindən və təfərrüatı ilə, insan xarakterlərini isə daha çox psixoloji planda əks etdirməyə meyl edən yazıçılardandır. Onun yazı üsulunda bir təbiilik, həyatilik, sünilikdən uzaq olan canlı həyat təravəti duyulmaqdadır. Əsərlərinin dili sadə və aydın, dialoqları canlı və təbiidir. Bütün bunlar gənc bir yazıçı üçün müsbət yaradıcılıq əlamətləridir.
DILBER MUHAMMEDZADEH
ele bir yazicidir ki her sehifesinde gerceyi yawadir kitablarnin
  • 18 iyun 2017 12:45
  • Status: